Şəki sakininin meyiti evindən tapılıb

Şəkidə evdən meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə rayonun İnçə-Zunud kəndində baş verib.
Kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Katib oğlu Güliyevin meyiti yaşadığı ünvanda aşkar edilib. Aparılan ilkin müayinə zamanı tək yaşayan İ.Güliyevin bir neçə gün əvvəl öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.