Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir
03-noy, 11:14 190 CəmiyyətAzərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir.
"Report" məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.