Çimərliklərdə hava necədir?

cimerliklerde-hava-necedir
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 
“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.