İranda daha bir edam icra edildi
25-may, 11:59 1 Dünya
İranda vətəndaş Abbas Əkbərinin edam hökmü icra edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
İran hakimiyyəti onun bu ilin yanvarında keçirilən etiraz aksiyalarının silahlı liderlərindən biri olduğunu açıqlayıb.
İstintaqın versiyasına görə, Abbas Əkbəri İsfahan ostanının Nain dairəsində iğtişaşlara rəhbərlik edib. Hakimiyyət iddia edir ki, o, dairə administrasiyasının binasına hücumda əsas rol oynayıb, həmçinin infrastruktur obyektlərinin və güc strukturlarının binalarının talanmasında iştirak edib.
Xatırladaq ki, daha əvvəl İranda etirazlar zamanı həbs olunan 21 yaşlı karate çempionu Sasan Azadvar Conaqani İsfahandakı Dəstgerd həbsxanasında edam edilib.





