Ərdoğan: “Bayden mənə söz verdi, dedi ki...”
02-noy, 11:47 210 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika lideri Co Bayden ABŞ Konqresinin üzvlərini Ankaraya yeni F-16 təyyarələri almaqla bağlı razılaşmanı təsdiq etməyə kömək edəcəyinə söz verib.
“Cənab Baydenlə səmimi və konstruktiv görüşümüz oldu. Görüşdə Mövlud bəy, İbrahim bəy və Hakan bəy yanımda idi. Onu xarici işlər naziri, təhlükəsizlik və kəşfiyyata məsul şəxslər müşayiət ediblər. Biz görüşü çox müsbət atmosferdə davam etdirdik”.
Ntv xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan Baydenlə görüşünün yekunu barədə danışarkən deyib.
Ərdoğan ümid edir ki, iqtisadiyyatda ikitərəfli ticarət həcmində 100 milyard dollarlıq hədəflərinə çatacaqlar.
“Təbii ki, bizim NATO müttəfiqliyi və strateji tərəfdaşlıq kontekstində atılacaq addımlarla bağlı məsləhətləşmələr aparmaq imkanımız oldu. Hər şeydən əvvəl, əlbəttə ki, bizim bu F-35 məsələmiz var. Bildiyiniz kimi, bizim 1 milyard 400 milyon dollar ödənişimiz var. Bununla bağlı biz F-16-ların tədarükü ilə bağlı danışıqlar apardıq”, - Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, müdafiə nazirləri bir-biri ilə görüşəcəkləri üçün iki ölkə arasında münasibətlərə aid bu məsələni xarici işlər nazirləri görüşərək yekunlaşdıracağına ümid edir.
“Görüşdə Bayden dedi ki, "ola bilsin tezliklə nəticələr əldə etməyək. Bilirsiniz ki, qərar iki fərqli instansiyadan - Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilməlidir. Bildiyiniz kimi, vəziyyət 50/50-dir, amma əlimdən gələni edəcəyəm”. Mən isə cavabımda ona dedim: “İnanıram ki, sən buna nail ola bilərsən və görürəm ki, nüfuzun olduğuna görə sözün keçər. İnşallah, müdafiə nazirlərimiz bir-biri ilə danışıqlarını davam etdirəcəklər. Bugünkü toplantıda iştirak edən dostlarımızın köməyi ilə bunu yekunlaşdıra bilsək, burada iki mühüm mövzumuz olacaq: biri təchizat, digəri isə əlimizdə olan F-16-ların modernləşdirilməsidir”, - Ərdoğan bildirib.