Livandan İsrailə 100-dən çox raket atılıb

“Hizbullah” hərəkatı İsrailin şimalına daha 100 raket atıb. 
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qərbi Qalileyə doğru 70-ə yaxın, Yuxarı Qalileyə 30 raket atılıb. Həmçinin sərhəddəki Avivim istiqamətinə iki raket atılıb.
Raketlərin açıq əraziyə düşdüyü qeyd olunur.