Münhendən Antalyaya uçan təyyarənin eniş zamanı təkəri partladı
13-okt, 11:32 33 DünyaTürkiyənin Antalya şəhərində “Boeing 737” təyyarəsinin eniş zamanı təkəri partlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “HavaSosyalMedya” mülki aviasiya onlayn platforması məlumat yayıb.
Təyyarənin Münhendən Antalyaya uçduğu bildirilir.
Məlumata görə, 174 sərnişin təyyarədən təhlükəsiz şəkildə endirilib. Hadisə zamanı xəsarət alan olmayıb.