Türkiyədə ağır qəza - 6 ölü, 25 yaralı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Aksaray-Ankara avtomobil yolunda tur avtobusu aşıb.
İlkin məlumata görə, qəza zamanı 6 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb. 
Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.