“Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik”

bu-bas-vererse-tammiqyasli-muharibeye-kececeyik
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livanda atəşkəsin uğursuz olacağı təqdirdə ölkəsinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.
“Mən İsrail ordusuna atəşkəsin pozulması halında Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər razılaşma pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - o qeyd edib.