Rusiya XİN-dən Ərdoğanın açıqlamasına - Reaksiya
12-dek, 09:13 13 DünyaRəsmi Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına münasibət bildirməyi düzgün hesab etmir.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualını cavablandırarkən bildirib.
Diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur:
“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”.
Sözügedən açıqlamanı təqdim edirik:
Xatırladaq ki, Ərdoğan Qaziantep vilayətində çıxışı zamanı dünyada yalnız iki təcrübəli liderin - özünün və Rusiya Prezidenti Vladimir Putinin qaldığını demişdi.