“Rusiya hələ də Ukraynaya pul ödəyir” - Putin

“Rusiya hələ də sutkada ən azı 14 milyon kubmetr qazı tranzitlə nəql edir. Bu qaz Ukrayna ərazisindən keçir və Rusiya bunun üçün pul ödəyir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Müharibə öz yerində, lakin biz mütəmadi olaraq qazı çatdırırıq və tranzit üçün pul ödəyirik”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Kiyevin Kursk vilayətində silahlı təxribatlarına baxmayaraq, tranzit dayanmayıb. Döyüşlərin getdiyi Sucada da borular işləyir:
“Biz sadəcə olaraq hər gün 14 milyon kubmetr qaz tədarük etməyə davam edirik”, - Putin qeyd edib.