“Bayden işimi çətinləşdirir” - Tramp
07-yan, 08:29 36 Dünya
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Bayden hakimiyyətin keçidini mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edir”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, bunu Bayden administrasiyasının ətraf mühit və neft hasilatı ilə bağlı son qərarları sübut edir.
Xatırladaq ki, ABŞ Konqresi Donald Trampın ABŞ-nin prezident seçkilərində qələbəsini rəsmən təsdiqləyib. Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Təhsil - Səhiyyə
daha çoxprev
next