“Dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir” - Tramp
29-apr, 08:33 100 Dünya
ABŞ Prezidenti Donald Tramp hazırda ABŞ-ni və bütün dünyanı idarə etdiyini bildirib.“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bunu “The Atlantic” jurnalına verdiyi müsahibədə deyib.
Nəşrin jurnalistləri ondan ikinci müddətə prezident seçilməsi ilə birinci arasında fərq hiss edib-etmədiyini soruşub. Tramp isə cavabında bunları qeyd edib:
“Birinci müddətdə ölkəni idarə edir və qeyri-ədalətli insanlara qarşı mübarizə apararaq yaşamaq üçün çalışırdım. İkinci müddətdə isə eyni zamanda, dünyanı da idarə edirəm, bu mənə çox əyləncəli gəlir” - deyə Tramp qeyd edib.





