Suraxanıda iftar süfrəsi açıldı


Suraxanı rayonunda iftar süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən açılan 450 nəfərə yaxın iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri, aztəminatlı ailələr və digər qonaqlar iştirak ediblər.
Adil Əliyev çıxış edərək mənəvi paklıq, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə cansağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib. O həmçinin dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin hər sahədə yüksək inkişaf yolunda inamla irəlilədiyini, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza tarixi qürur bəxş etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Afət Həsənova çıxış edərək Ramazan ayının insanlara mənəvi yüksəliş, səbr və şükür hissi aşıladığını söyləyib. O, belə bir müqəddəs ayda keçirilən iftar məclislərinin insanlar arasında həmrəyliyi və milli birliyi daha da möhkəmləndirdiyini, cəmiyyətimizdəki mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirib. A.Həsənova xalqımıza Ramazan ayının xeyir-bərəkət gətirməsini, orucların qəbul olunmasını arzulayıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da öz çıxışında xalqın rifahı naminə dövlətimizin həyata keçirdiyi sosial siyasətə toxunaraq Ramazan ayında aztəminatlı ailələrə göstərilən diqqət və qayğının Ali Baş Komandanın humanist siyasətinin bariz təzahürü olduğunu bildirib. O qeyd edib ki, hər zaman xalqın yanında olmaq, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə dəstək vermək əsas prioritetlərimizdən biridir.
İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.
                                                                                                  
                                                                                                      
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                                                                                                                    
                                                                
                                                                                                                                                                                                             Bizi X şəbəkəsində izləyin