İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı
14-mar, 11:47 3 Gündəm / Sosial
Dünən 78 yaşında vəfat edən türkiyəli akademik və yazıçı İlber Ortaylının dəfn olunacağı tarix açıqlanıb.
“Qafqazinfo” “Cümhuriyet”ə istinadən xəbər verir ki, alimlə vida mərasimi martın 16-sı uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcək.
İ.Ortaylı Fatih məscidində cənazə namazı qılındıqdan sonra həmin məscidin qəbiristanlığında torpağa tapşırılacaq.





