Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü


Binəqədidə yol çöküb.
“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.