Allahın xeyir-duasından yaranan, 11 ayın sultanı Ramazan!

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Psixatriya şöbəsinin müdiri, həkim-psixiatr Zaur Qasımovu və dəyərli kollektivini 11 ayın sultanı müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, dəyərli həkimimizə ləyaqətli, şərəfli peşəsində bol uğurlar, ailə xoşbəxtliyi arzulayırıq. Arzumuz budur ki, Sizin şəfalandırıcı missiyanız sayəsində şəfa tapanların duası daim başınız üzərinizdə bərqərar olsun. Çünki, Siz, savadınız, istedadınız, peşənizə olan sədaqətinizlə çox qəlblərdə yuva qurmusunuz!

Ramazan bayramınız mübarək! 


Hörmətlə

Hürü Hacızadə,

Yazıçı-publisist, “Siyasət və Gerçək Uğur” jurnalının, “Xezertv.info” və “Arasdirma.com”-un direktoru.


Fərid Faiqoğlu

AJB-nin üzvü, “Xezertv.info” və “Zeferyolu.az”-ın baş redaktoru