İş adamı İlham Ağayev Nəsimi və Binəqədi rayonu veteranlarına yardım etdi
05-iyl, 18:40 155 Gündəm / SosialAVMVİB-nin Nəsimi və Binəqədi rayonlarında aztəminatlı Şəhid, Qazi və müharibə veteranlarının ailələrə yardım etmək, onların qayğısına qalmaq kimi ənənə yaranıb. Dövlət və dini bayramlarında mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir, yardımlar təşkil olunur. Bu günlərdə iş adamı İlham Ağayevin dəstəyi ilə 50 nəfər ailəyə qurban əti paylanılıb. Tədbirdə Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, sədr müavinləri Azad Cəbrayılov, Qaçay Aslanov, Namiq Həşimov, veteranlardan Bədəl İslamov, Telman Nəsirov, Əli Hümbətov iştirak ediblər.