Ulu Öndər, Ümummilli Lider, Dunyaşohrətli ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə ittihaf olunur
28-iyl, 15:01 107 Gündəm / SiyasətGörkəmli tarixi şəxsiyyətlər sıradan biri olmayaraq Allahın izni ilə hər zaman, hər an deyil, yalnız yüz ildən bir sevimli bəndələrinə ərməğan kimi yerüzünə göndərilirlər. Ulu Öndər Heydər Əliyev Uca Tanrı tərəfindən sevilərək, seçilərək nəinki yüz ildən bir, hətta mən deyərdim, min ildənbir yerüzünə göndərdərilən çox görkəmli tarixi şəxsiyyətlərin ön sırasında dayanması ilə fərqlənməkdədir..
1923-cü ildə bu əbədi yaşar tarixi şəxsiyyətin Azərbaycanın dilbər guşəsi, ayrılmaz hissəsi Naxçıvanda Allah tərəfindən qarşısına qoyulmuş çətin missiyaları yerinə yetirmək ücün dünyaya gəlməsinin özü də diqqətə şayən bir möcüzədir.
Bu böyük, dahi şəxsiyyətin keçib gəldiyi şərəfli, şan-şohrətli, gələcək nəsillərə nümunə olacaq ibrətamiz ömür yoluna nəzər saldıqda, hər zaman ucadan "Fəxr edirəm ki, Mən Azərbaycanlıyam" söylədiyi vətəninin asayişi, suverenliyi, xalqının xoşbəxt gələcəyi naminə hansı keçilməz zirvələri fəth etməsinin real şahidi oluruq.
Yenilməz ictimai-siyasi xadim Heydər Əliyev, Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-illərdə bütün dünyanı qorxu-vahimə içində saxlayan Qırmızı imperiyanın sovetlər birliyində yürütdüyü neomustəmləkəci siyasətə rəğmən canından əziz, doğma xalqının işıqlı gələcəyi naminə bir çox ilklərə qızıl hərflərlə imza atması ilə yaxın tarixmizdə silinməz izlər qoymuşdur. Məhz bu dövrdə Dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü cəsarətli, qətiyyətli diplomatik siyasət nəticəsində doğma Azərbaycan türk dili ölkəmizdə rəsmən əsas dil statusu qazanmışdır. Heç kimə sirr deyil ki, məhz XX əsrin 70-ci illərində, Ulu Öndərin hakimiyyətdə olduğu ilk dövrdə Azərbaycanda misilsiz iqtisadi yüksəliş baş vermiş, bu səbəbdən də Sovetlər birliyindəki 15 respublika üzrə ən çox qırmızı keçici bayraq Azərbaycana nəsib olmuşdur. Məhz bu dövrdə Ümummilli Liderin tükənməz səyləri nəticəsində Azərbaycan xalqının rifah halında görünməmiş yüksəliş, tərəqqi baş vermiş, uçuq-sökük komalarını dəbdəbəli, müasir dövrün tələblərinə cavab verən mənzillər əvəzləmisdir. Azərbaycan ailələri fərdi mənzillə yanaşı, fərdi minik maşınına, məişət texnikası, radio, televizor, onlarla digər müasir tipli məişət əşyalarına da bu dönəmdə yiyələnmişdir. Azərbaycan xalqının görkəmli elm-mədəniyyət xadimləri də bu dövrdə öz layiqli qiymətlərini almış, adları tarixə yazılmaqla əbədiləşdirilmisdir. Xalqımızın xəyanətkar qonşusu erməni toplumunun bütün dünyaya şayən fitnəkar, avantürüst siyasətinin qarşısı nəinki, Qırmızı
imperiya adlanan Sovetlər birliyində ifşa olunaraq alınmış, hətta beynəlxalq aləmdə belə onlar mənfi imic qazanmaqla, terrorçu, ekstremist, nasist bir qövm kimi də tanınmışlar. Etiraf edək ki, Azərbaycan Sovet Respublikasının yürütdüyü müstəqil daxili və xarici siyasətin əsası, bünövrəsi də məhz du dövrdə bu dünya şöhrətli siyasətçinin - Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ilk dönəmdə qoyulmuşdur. Lakin tarix səhnəsində olduğü 70 illik bir dövrdə tabe etdiyi xalqlara, ölkələrə qarşı neomustəmləkəçi siyasət yürüdən Qırmızı imperiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı suveren dövlətə çevirməkdə olan uğurlu diplomatik gedişləri diqqət və həyacanla izləyir, bundan böyük narahatlıq hissi keçirirdi. Bu dunyaşohrətli diplomatın öz ölkəsində yürütdüyü müstəqil siyasətə son qoymaq üçün Moskva onu 1982-ci ildə Kremilə ən ali vəzifələrdən birinə -SSRİ Nazirlər Sovetinin I müavini vəzifəsinə irəli çəkdi. 1985-ci ildə Ulu Öndər Heydər Əliyevin yeganə layiqli namizəd olduğu Sov.İKP-nin I Katibi vəzifəsinə Moskva tərəfindən xristian missioneri və velikorus sovnizminin bariz nümayəndəsi kimi gətirilən M.S. Qarbaçov ilk gündən qərəzli formda təqib etməyə başladı. Ulu Öndəri 1987-ci ildə tutduğu ali vəzifədən uzaqlaşdırmaqla kifayətlənməyən Qırmızı imperiyanın ilk və son prezidenti M.S.Qarbaçov bu görkəmli dövlət xadimini öz doğma xalqının gözündən salmağa da cəhd etmiş, lakin heç vəclə buna nail ola bilməmişdi. Sonunda anlamışdı ki, Ulu Öndər XX əsrin 70-ci illərində öz xalqına göstərdiyi təmənnasız , saysız-hesabsız misilsiz xidmətləri sayəsində, xeyirxah əməlləri əsas olmaqla onun qəlbində əbədiyaşar, yenilməz heykəlini ucaltmışdır.
Onu da vurğulayaq ki, Ulu öndərin ali hakimiyyətdən uzaqlaşdırılması ilə Qırmızı imperiyanın çöküşü sürətli xarakter almiş, milli-məhəlli munaqişələr imperiyanın süqutuna gətirib çıxarmısdır. Bu zaman özünü qoruma məqsədi Kremil tərəfindən Azərbaycan xalqının sağalmaz, qanıaxan yarası Dağlıq Qarabağ münaqişəsi süni şəkildə yenidən alovlandırılmışdır. Bu zaman Ulu Öndər Heydər Əliyev xalqının ən çətin məqamlarında olduğu kimi yenidən önə çıxaraq Ümummilli Lider statusu qazanmış, xalqı ümumi düşmənə qarşı milli mübarizəyə səfərbər etmişdir. Bu istiqamətdə öz siyasi fəaliyyətinə mürtəce, satqın , xain qüvvələrin xaricdən dəstək alıb mane olması səbəbindən ilk uğurlu addımlarını doğulduğu Naxçivanda atmağa başülamiş, Azərbaycanın Suveren dövlətə çevrilməsini təsdiq edəcək ilklərə bu diyarda imza atmışdır. Azərbaycanın suverenliyinə qənim kəsilmiş İran və Rusiyanı neytrallaşdırmış, qardaş Turkiyə Cümhuriyyətini " Bir millət, iki dövlət" devizini irəli sürməklə xalqımızın xilaskarına, beynəlxalq aləmdə pasibanına çevirmişdir. Daxildəki satqın, mürtəce qüvvələrin Ulu Öndəri fiziki cəhətdən yox etmək siyasəti nəinki baş tutmamış , hətta sonda onların xalqın istəyi və tələbi ilə Ümummilli Lideri yenidən hakimiyyətə gətirməyə məcbur etmişdi. 1993-cü ilin 4 iyun qiyamına son qoymaqla ölkədə baş verəcək vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını alan bu böyük siyasi xadim, 1993-1995-ci illərdə ölkədə siyasi sabitliyi bərpa etməklə kifayətlənməmiş, Azərbaycanı Neft Strategiyası siyasətini yürütməklə bütün dünyaya tanıtmışdır. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev ABŞ başda olmaqla Qərblə diplomatik münasibətləri genişləndirmiş, nəticədə 1996-cı ildə Lissabon sammitində beynəlxalq aləmə Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirmişdir. Türk dövlətlərini bir araya gətirməklə Turanciliq ideyasına yenidən həyat vermiş , onu canlandıraraq bu günə yüksəlişini təmin etmişdir. Azərbaycan milli ordusunu atəşkəs elan etməklə müasir tipli orduya çevirməklə layiqli varisi, yenilməz, müzəffər sərkərdə, Ali baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında 30 il düşmən tapdağı altında inləyən tarixi torpaqlarımızın azad edilməsinin əsasını qoymuşdur. Uğurla irəli sürdüyü neft strategiyası siyasəti ilə, Bakı-Ceyhan neft kəmərini reallaşdırmaqla ölkəmizi Cənubi Qafqazın ən nüfuzlu dövlətinə çevirmişdir. Ulu Öndərin hakimiyyətdə olduğu 1993- 2003-cü illərdə Azərbaycan xalqının sosial rifah halı yüksəlmiş , ölkədə işıqlı gələcəyə doğru bir çox uğurlu addımlar atılmış, Azərbaycan Respublikasında 1995-ci ildə qanunların aliliyini təmin edəcək Milli Konstitusiya qəbul edilmiş, bununla da vətəndaş cəmiyyətinin qurulmasının, hüquqi dövlətin bərqar olmasının hüquqi bazası yaradılmışdır.
Bu gün müzəffər Ali baş Komandan, ölkə başcısı Cənab İlham Əliyev Ulu Öndərin layiqli varisi kimi , I Vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Ulu Öndərin uğurlu daxili və xarici siyasətini Azərbaycanı bütün dünyanın nüfuzlu dövlətlərindən birinə çevirərək böyük inam hissi ilə davam etdirməkdədirlər.
Dərin hörmət və qürur hissi ilə AtaTV.az, Azad.TV, Milli Məclis TV və İctimai Xəbər Agentliyinin təsisçi və baş direktoru Rasafil Bayramov