Qarabağda RSK-nın “çətiri” altında erməni quldur dəstələrinin aktivliyi davam edir
12-avq, 11:01 192 Gündəm
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin “çətiri” altında erməni quldur dəstələrinin aktivliyi davam edir.
Bu barədə “Caliber.Az” “Telegram” kanalında məlumat verilib.
Bununla bağlı əldə edilən videogörüntülərdə avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli maşınının müşayiəti ilə qanunsuz erməni silahlı dəstələrinin hərbi yük daşımaları qeydə alınıb.





