TƏBRİK EDİRİK!

Əzizimiz Məmmədrza bəy! Sizi 40 yaşınızın tamam olması münasibətilə kollektivimiz adından ürəkdən təbrik edirik. Siz illərdir ki, inşaat sahəsində yorulmadan, əzmlə, öz alın tərinizlə, zəhmətinizlə çalışırsınız. Fədakar və qüsursuz əməyiniz sayəsində  yaxınlarınızın, doğmalarınızın rəğbətini qazanmısınız. Sizə işlərinizdə uğurlar, bol-bol nailiyyətlər diləyirik. Yeni yaşınızda bütün arzularınız həyata keçsin. Ad gününüz mübarək olsun əziz dostumuz.


Doğum günün mübarəkdir əziz dost,

Allah səni nəzərində saxlasın.

Endirməsin qəm-kədərin yanına

Xoşbəxtliyin üzərində saxlasın.

Doğum günün mübarəkdir əziz dost,

Nə arzun var ürəyində çin olsun.     

Həyat yolun boranlara düşməsin,                 

 Başın üstə daim nurlu gün olsun.