Ağalıya köçən sakin: “Bu gündən yeni həyata qədəm qoyuruq”
26-okt, 10:47 107 Gündəm / BölgəMən Zəngilandan məcburi köçkün düşəndə 6 yaşında idim. Bu gün isə 37 yaşımda öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Allaha şükürlər olsun.
Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Mərcanə Həsənova söyləyib. O deyib:
“Biz bundan sonrakı ömrümüzü Ağalıda firavanlıqla yaşamaq istəyirik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq”.
Doğulub boya-başa çatdığı yerlərə getdiyi üçün çox sevincli olduğunu bildirən M.Həsənova artıq ağrı-acıların bitdiyini, bu gündən yeni həyata qədəm qoyduqlarını vurğulayıb.