Qalib Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilin hər ili möhtəşəmdir
19-dek, 12:23 90 Gündəm / SiyasətMüzəffər Prezident İlham Əliyevin iyirmi illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.
Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır.
Prezident İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir.
Atdığı düşünülmüş və qətiyyətli addımlar nəinki ölkə həyatının bütün sahələrində, eyni zamanda beynəlxalq miqyasda Prezident İlham Əliyevə əsl liderlik nüfuzu qazandırmışdır. Böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev planetimizdəki ən görkəmli dövlət liderləri sırasında dayanır. Prezident İlham Əliyevin liderlik obrazında rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü xalqı və dövləti qarşısındakı taleyüklü böyük xidmətləri və beynəlxalq aləmdə sülhə, ədalətə və təhlükəsizliyə verdiyi mühüm töhfələrlə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə doğma xalqının və son nəticədə dünyanın qüdrətli liderlərindən biridir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir.
Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün "Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir" prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Məhz ona görə də Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur.
Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi İlham Əliyevin xarici siyasət kursunun reallığı və böyük uğurudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi iyirmi illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir.
Bir sözlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 2003-2023-cü illər tarixə möhtəşəm 20 il kimi daxil olmuşdur. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 ilin hər ili möhtəşəmdir. Azərbaycan xalqının və dövlətinin həyatında xüsusi tarixi mərhələ olan bu 20 ilin nailiyyətləri Prezident İlham Əliyevin "Heydər Əliyev İli"nə möhtəşəm töhfəsidir.
Dekabrın 24-də cənab Prezident, Ali Baş Komandan, Müzəffər Sərkərdəmiz İlham Əliyevin doğum günüdür və biz xoşbəxt xalqıq ki, belə bir mötəbər günü vahid şəkildə qeyd etmək ərəfəsindəyik – 200 ildən sonra qalibiyyət simvolunu müqəddəs Azərbaycanımızın şərəf lövhəsinə yazmağa qadir olan Liderimiz iki möhtəşəm tarixi xalqı ilə birlikdə yaşayır – Qarabağ zəfərini və doğum gününüzü! Mən də fürsətdən istifadə edərək, hədsiz qürur hissi ilə deyirəm: Qələbəniz və doğum gününüz mübarək, cənab Prezident, var olun Müzəffər Ali Baş Komandanımız!
Salayev Hacı Hacı Baba oğlu
Vətənpərvər iş adamı