ADPU-da Şəhid kapitan Həmid Cəfərli xatirə kitabının təqdimatı

ADPU-nun və AVMVİB-nin təşkilatçılığı ilə ADPU-da “Şəhid kapitan Həmid Cəfərli”, “Şəhid gizir Orxan Cəfərli“ xatirə kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdə Şəhid Həmid Cəfərlinin atası Kərim kişi, anası Zenfurə xanım, həyat yoldaşı Aynurə xanım, oğlu Cabbar, Şəhid Etibar Cəfərlinin atası Etibar kişi, anası Zəriş xanım, Veteranlar, müəllimlər və tələbələr iştirak etdilər.

         ADPU-nun prorektoru, professor Mahirə xanım Hüseynova, layihənin rəhbəri polkovnik Elmar Hüseynov, Əli Əlizadə, Raman İsmayılov, Əhməd Babaşov, Fatimə Əliyeva, Günay Bayramova, Aytac Qasımova, Zəhra İskəndərli, Cəmilə Məmmədova, Nazənin Abdullayeva, Fidan Rəcəbova, Ruqiyyə Məmmədova, Səadət Nəzirova, Aysel Nuruzadə, Raya Əhmədova, Məhəmməd Əlizadə, Sadiq İsmayılov çıxış etdilər. Universitetin tələbələri Şəhidlər haqqında maraqlı şerlərlə çıxış etdilər.

          Polkovnik Elmar Hüseynov ADPU-nun prorektoru Mahirə xanım Hüseynovaya və tələbələrə Şəhidlər haqqında yazılmış kitabları hədiyyə etdi.

Tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdirdilər.


Fərid Səfərov

AJB-nin üzvü