ŞƏKƏR SADIQOVANI TƏBRİK EDİRİK!

21 ildən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərən, hər bölgədə sevilən, kimsəyə quyu qazmadan, pislik etmədən işini şəffaf şəkildə sevərək icra edən, peşəsinə hörmətlə yanaşan, “Vətənpərvərlər” qəzetinin Baş redaktoru Şəkər Alik qızının doğum günüdür. Dəyərli Şəkər xanımı, başda “Zəfəryolu.az” saytının rəhbəri, qızı Jalə Agakişiqızı olmaqla, “Zəfəryolu.az” saytının əməkdaşları, ailə üzvləri, o,cümlədəndə həmkarları təbrik edir, uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq. Əzizimiz Şəkər xanım qələmin həmişə iti, sözün keçərli olsun. Daim ucalasız, uğurla addımlayasız dəyərli Şəkər xanım.


Jalə Ağakişiqızı

“Zeferyolu.az”-ın rəhbəri