Nəsimi rayonuna kim rəhbərlik edəcək? — Asif Əsgərovun yerinə SÜRPRİZ NAMİZƏD
17-iyl, 20:29 65 GündəmMəlum olduğu kimi, Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib.
Namizədlər sırasında bir sıra maraqlı adlar var. Hakim Partiyanın deputatlığa namizədliyini irəli sürdüyü şəxslər arasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da var. Onun deputatlığa namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.
Xalqxeber.az-a bu xüsusda maraqlı məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Nahid Bağırovun təyin olunacağı ehtimal edilir.
Xalqxeber.az