Ermənistanla 500 milyonluq silah müqaviləsi: "İran diplomatiyası yalan üzərində qurulub"
25-iyl, 20:51 56 GündəmErmənistanla 500 milyonluq silah müqaviləsi: "İran diplomatiyası yalan üzərində qurulub"
"İranın bu hərəkəti onun şeytanla razılığa gəlməsinin əlamətidir".Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalaması barədə məlumatı şərh edərkən deyib.
"Məlumdur ki, İran Azərbaycana münasibətdə həmişə düşmənçilik siyasəti yeridir. Hətta münasibətlər formal cəhətdən yaxşı görünsə də, İranın ölkəmizə düşmənçilik siyasəti daim davam edib. İran Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə də İrəvana kömək edib. Əslində, Azərbaycanın o dövrlər işğal olunmuş ərazilərində evlərin dağıdılması, sökülməsinin bir hissəsi işğalçılarla İran arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilib. Vətən müharibəsi dövründə də Tehran Ermənistana kömək edib. İndi də bunu davam etdirir. Tehran hesab edir ki, Azərbaycan və Türkiyəyə qarşı münasibətdə istənilən dövlətlə, hətta şeytanın özü ilə də razılığa gələ bilər. Hesab edirəm ki, İranın bu hərəkəti elə Tehranın şeytanla razılığa gəlməsinin əlamətidir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Belə vəziyyətdə Azərbaycanın atacağı addımlara gəlincə, ekspertin fikrincə, ölkəmiz özünün müdafiə qabiliyyətini daha da gücləndirməlidir:
"Dəfələrlə Bakı tərəfindən İranın bu addımlarına etirazlar bildirilib. Azərbaycan mövcud vəziyyətdə öz silahlarını yeniləməli, Ermənistanın ölkəmizə gələcəkdə baş verə biləcək hər hansı təcavüzünün qarşısını almaq üçün müdafiə sılahlarının həcmini artırmalıdır".
Qeyd edək ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. Bu barədə "İran İnternational" öz mənbəsinə istinadən məlumat yayıb. Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, Tehran İrəvanı kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə təchiz edir. Bildirilib ki, sözügedən razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.
"İran International" İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya "Şahed 136", "Şahed 129", "Şahed 197", "Mohajer" kimi PUA-lar və 3-cü "Xordad", "Məcid", 15-ci "Xordad" və "Arman" kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.
Rüfət Sultan