VAQİFİN MƏQBƏRƏSİNDƏ
31-iyl, 12:38 90 Gündəm“Vaqif Poeziya Günləri”nin açılışında şairin məqbərəsi önündə duşüncələrim
Ruhumda şeir havası,
Könlümdə Şuşa həvəsi,
Bəmdədi Bülbülün səsi
Vaqifin məqbərəsində.
Şəhidin zəfər şöləsi,
Şahanə söz şəlaləsi,
Dilimdə sözün səlisi
Vaqifin məqbərəsində.
Şuşanın şirin şivəsi,
Sözümün şəhdi-şirəsi,
“Qarabağ-Xan şikəstəsi”...
Vaqifin məqbərəsində.
Dilimdə Vaqif ahəngi,
İstədim tər söz çələngi,
Şuşatək çaları, rəngi
Vaqifin məqbərəsində.
Dünyada xarıbülbültək
Olarmı bir rəmz gül-çiçək?..
Şairə salam söyləyək
Vaqifin məqbərəsində.
Şuşa, 18.07.2024
Tapdıq ƏLİBƏYLİ