Atanın gəlişi
04-avq, 16:07 57 Gündəm / CəmiyyətAtam bizdən uzaq qalır
Gəlir bir gün gedir bir gün
Bir işə bax elə bil ki
Atam bizdə qonaq qalır
Bezir bir gün...
Atıb bütün işin, gücün
Geri gəlir...
Deyir: - pulum olmasa da
-Gücüm filan qalmasa da
-Atanız heç işləməsə
-Sizə paltar almasa da
-Deyərsizmi Atam gəlir?
-Elə bu dəm Anam gəlir
Deyir -"otur, qal masada"
-Qızın yaman çox sevinir
-İstiyir ki, nəsə desin
-Oğlun itirib iştahın
-Nəsə ye ki sən Allahın
-Sənə baxıb nəsə yesin
-Bir evə bax-divarlara
-Əsasən də kənarlara
-Gedincən bu hamarlara
-Evi düzəlt,nəsə elə
-Elə də yox,elə belə...
-Qabaqda qış,soyuq qalıb..
-Yarımçılıq düzəltdiyin
-Buxar yeri oyuq qalıb
-Həyətə bax elə bil ki
-Bizim evdə adam qalmır
-"Əşşi" yenə də min şükür
-Boğazımızda haram qalmır ...
-Həəə..
- Qızın nəsə deyir :
-Ata! Olar qucağlıyım?
-Səndən ötrü darıxmışam
-Olar dizində ağlıyım?
-Dayan, rəsm də çəkmişəm
-Səliqə ilə bükmüşəm
-Bax! Bu sən,bu mən bu da Ana!
-Oxşamır hə? Bəyənmədin?
-Noldu, nəsə "deyənmədin.."
-Ehh...
-Hələ anam demişdi ee
-Vərəqi bir az qalın çıxar
-Ata, günah mənim deyil
-Nə bilim ki kecər bir il
-Ağappaq saqqalın çıxar ...
-Qızım daha yorulmuşam
-50 yaşın sonlarından
-Sarılmışam
-Ki getməsin canımda can olan yaşım
-İcazə ver bir az yatım
-Yaman pis agriyir başım
-Ata! Bir az da qal oyaq
-Yatarsan da yatağ qaçmır
-Sən gedəndən baş verənlər
-Gözlərimdən uzaq qaçmır
-Qardaşım da şeir yazır
-Allah haqqı kim nə deyir
-Baxır sətir-sətir yazır
-Məsələn
-Gəlməyin 1 saat deyil, şeir yazıb
-Bayaqdan nə danışmışıq,ala oxu
-Deyir yazıb ...
Müəllif: Rəvan Ali Sübhan