Tərəqqi və sabitliyin tərəfində...
22-avq, 21:21 43 Gündəm / Cəmiyyət2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı şəhər Mədəniyyət evində gənclər və idmançı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və regionda böyük nüfuza malik olduğunu deyib. O, dövlət siyasətinin uğurlu modelini yaradan cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində əldə olunan nailiyyətlərin kökündə həm də xalq-iqtidar birliyinin dayandığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov son illər ərzində Azərbaycanda gənclərə və idmançılara göstərilən dövlət qayğısından bəhs edib. Qeyd edib ki, həm gənclərin, həm də idmançıların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Azərbaycan hökumətinin bu sahələrə xüsusi diqqət ayırması, həyata keçirilən tədbirlər və layihələr nəticəsində gənclərin və idmançıların sosial-iqtisadi və mədəni həyatda fəal iştirakı təmin olunur.
Masallı gəncləri və idmançıları onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkür ediblər və Azərbaycanın daha güclü, sağlam və perspektivli gələcəyini təmin edən YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
www.AzadMedia.az