Zəfərin simfoniyası
28-avq, 15:45 75 Gündəm“Şuşa və mən” layihəsindən
Dağların qarı mənəm, kim dəysə ərimərəm,
Qəbrimi güzeydə qaz, cavanam çürümərəm.
2020-ci il sentyabr, oktyabr və noyabr...
Yenə dağlara qar yağmışdı, həsrət qaldığımız o dağlara. Mən nağıl danışıram. Həqiqətəbənzər nağıl; sədaqətdən, mərdlikdən, dözümdən, qəhrəmanlıqdan, sevgidən bəhs edən (ağ atlı oğlanların) nağıllaşmış, əfsanələşmiş, dastanlaşmış nağılını. O, nağıl ki, bir vaxtlar ki, zorən məğlubiyyət tariximizi başımıza vura-vura bizi əsir etmişlər. Bu tarixi zəfər tarixi ilə əvəz edən oğulların nağılını yazıram. Heç bir müharibədə Qarabağ müharibəsi qədər qəddarlıqdan, xəyanətdən söhbət getməmişdi. Heç bir müharibədə Qarabağ müharibəsində olduğu qədər xain və satqın tutulub cəzalanıdırlmamışdı. Dünyada ancaq bir psixologiya işləyirdi, biz müharibə etməyi bacarmırıq. Biz ha!!! Biz müharibə etməyi də bacarırıq, qurban getməyi deyil, vətəninə, torpağına qurban olmağı da bacarırıq. Biz əzəldən bu idik. Lap əzəldən tariximiz bəlli, yetənəklərimiz bəlli, etnosumuz bəlli. Etnosu Qurd olanı toponimləri Şir, Qartal olanı məhv etməyə güc istərəm! Mənim vətənimin oğulları əzəldən bir ordunu təkbaşına yıxmaq qüdrətinə malik igidlər olub. Çox ad, soyad sadalaya bilərəm. Bu vərəqlər o sayı qaldıra bilməz. Onu səndə bilirsən, hamımız bilirik. Biz kimik, kimdi onlar? Məğlublar haqqında əsər yazılmaz. Məğlub ölkə gözdən düşər. Hər şeyi birləşdirib gətirirəm zəfərimizin kuliminasiya nöqtəsi olan 2020-ci ilin 8 noyabrında bağlayıram. 44 gün! Biz qalib gəldik, biz zəfər badəsinin şirinliyini daddıq. Biz dünyaya çatdırdıq ki, biz bacarırıq. Ədalətimizi, həqiqətimizi, qeyrətimizi, şərəfimizi qorumağa gücümüz də var, iqtidarımızda. Bu şirinliyi bizə içirənlərədi boyun borcumuz. Bizim qeyrətlə vuruşub (Birinci Qarabağ, Aprel döyüşləri, İkinci Qarabağ) torpağımızda şəhid gedən igidlərimiz var. Bəli, var. İgid ölür, adı qalır. O, sənin qəlbindədir, mənim qəlbindədir, milyonların qəlbindədir. Biz varıqsa onlarda olacaq. Onlar Vətənin azadlığını və müstəqilliyini canlarından yüksək tutanlar idi. Onlar bizə itirdiklərimizi qaytaranlardı. Onlar bizi özümüzə dünyaya biz olaraq tanıdanlardı. Onlar bizim şərəfli tariximizdi. Tarix isə vaxtında yazılmalıdı.
44 gün davam edən müharibə, Dağlıq Qarabağ anlamında tarixin alovlu simfoniyasını çaldı. Bu simfoniya, bir tərəfdən zəfərin gurultusu, digər tərəfdən itkilərin acı səsi ilə dolu idi.
Sentyabrın ilk günündə, ulduzlu gecələrin sakitliyi bir qığılcımla pozuldu. Şəhərlərin üzərindən qara duman qalxdı, dağların ətrafında döyüşün naxışları cızıldı. Hər bir atəş, hər bir partlayış, ürəkləri parçalayan bir melodiya kimi yayıldı.
Lakin müharibə, yalnız hərbi bir simfoniya ilə məhdudlaşmadı; o, insan ruhunun zəifliklərini və qüdrətini də ortaya qoydu. Şəhərlərin təməlləri titrədi, mədəniyyətin daşları əzilərək döyüşün sərt ritminə uyum sağladı. Bu, döyüşün azadlıq marşı və itkilərin qəmli serenadası arasında bir tarazlıq idi.
Zəfər, Dəmir yumruq, qəhrəmanlıq salnamələri, tarixin möhtəşəm anı. Yazıldı tarixə bir qızıl xətlə 2020-ci ilin 8 noyabrı! Biz qalibiyyətimizi bayram etdik. Göz yaşları içərisində sevinclə. Müharibə çox canlar aldı, qanunu bu. Azadlıq ağır qurbanlar tələb edir. Vətən sevgisi, vətən sevdalı oğullarımızın şəxsiyyətini bu cür bəlli etdi. Vətən üçün ölərlər.
Sən artıq azadsan Azərbaycan! Müzəffər Ali Baş Komandanınla, igid, qəhrəman oğullarınla azadlığa qovuşdun. Vətən üçün ölən varsa Vətəndir!
Pərvanə Mirzə qızı İmanquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri