Dünən yoxa çıxan helikopter qəzaya düşübmüş, 22 ölü


Dünən Rusiyanın Kamçatka yarımadasında yoxa çıxan “Mi-8” helikopterinin qəzaya düşdüyü məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumata görə, xilasedicilər havadan sözügedən helikopterin qalıqlarını aşkar edib.
Göyərtəsində 22 nəfərin olduğu helikopter təpəyə çırpılaraq qəzaya uğrayıb. Bildirilib ki, qəza zamanı sağ qalan olmayıb.
***
Rusiya FHN-in məlumatına görə, hadisə yerində 17 nəfərin cəsədi aşkar edilib.