Bizə belə oğullar lazımdı, topaq qan iyi gələndə qiymətli olur…

Şəhid Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır. Rəşad evin tək övladıdır, o anasıyla eyni gündə dunyaya gəlib. 1 yaş yarımından anasının himayəsində Azəraliminium yataqxanasında böyüyüb. Reşadın anası Nailə Ələkbərova 1-ci Qarabağ döyüşlərində iştirak edib və yaralanıb. O, Qarabağ  qazisidir və şübhəsiz deyil ki, Rəşadı vətənpərvər ruhda böyüdüb. Rəşadın vətənə olan sevgisi məhz anasından qaynaqlanır. Rəşad şətin şərtlərdə böyüyüb anası Alminium zavodda üç növbəli iş rejminde işləyib,  işə gedəndə Rəşadı evdə tək qoymaq məcburiyyətinde olub. Rəşad ağıllı sözə baxan uşaq olub. 2 yaşından 1saylı bağçaya gedib. 2003-cu ildə Gəncə şəhər Nəsimi adına ingilis dili təmayüllü 44 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Dərslərini orta qiymətlərlə oxuyub, təlim-tərbiyəsinə görə müəllimlərinin rəğbətini qazanıb. 9-cu sinfi bitirdikdən sonra, təhsilini Gəncə şəhər 3 saylı Peşə litseyində davam edib. Təhsilini bitirib 2014-cü ildən şadlıq saraylarında video operator kimi işləyib. 2016-cı ildə Kəpəz rayon komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Füzuli rayonunun Alxanlı kəndində N sayli hərbi hissəde sürücü kimi xidmət edib, 2018-ci ildə təxris olub. O, yenidən video operator kimi işinə davam edib. Rəşad işləyib anasına dəstək olmağa çalışıb onun arzusu özlərinə ev tikmək olub, çünki Rəşad uşaqlıqdan yataqxanada böyüyüb. Bu məqsədlə o Cavadxan qəsəbəsində ev tikmek üçün torpaq sahəsi belə almışdı və orada həvəslə müəyyən tikinti işləri aparmışdı. Təssüff ki, Rəşadın arzularıyla yanaşı evi də yarım qaldı. 2020-ci il məlum Tovuz hadisələrindən sonra anasına demədən könüllü olaraq orduya yazılıb.  27 sentyabr  Ermənistan respublikasının yenidən ölkəmizə hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan tərəfindən səfərbərlik elan edildiyi gün Rəşad könüllü döyuşə yollanmaq üçün Kəpəz raron komissarlığına gedir. Evin tək övladı olduğuna görə Rəşadı geri qaytarırlar, buna baxmayaraq Reşadın vətənə olan sevgisi onu yenə komissarlığa aparır. 29 sentyabrda o könüllü olaraq müharibəyə yollanır. Füzuli istiqamətində döyüşür, Hadrutun, Daşaltının, Şuşamım azad olmasında qəhrəmancasına iştirak edir. İmkan etdikcə anasıyla telefon danışıqları olur, müharibənin od-alovunu görmüş ana Rəşad üçün nigaran olur. Rəşad hər zengində anasına yaxşı olduğunu, tezliklə torpaqlarımızı iişğalçılardan azad edib qələbəylə qayıdacaqlarını deyir. 7 noyabrda Rışadın Nailə anayla son danışığı olur. 10 noyabrda iki tərəfli atəşkəs imzalandığı günü xalq olaraq sevinc içindəydik, məhz sevinənlərdən biri də Nailə ana idi. O, gözünün ağı-qarası bircə balasının geri dönəcəyi günü gözləyirdi. Rəşadın isə zəngi gəlmirdi, ana ürəyi nigaran idi, Rışada zəng çatmırdı. 9 noyabrda  Rəşad Laçın dəhlizində şəhid olur. 12 noyabr Gəncə Şəhidlər Xiyabanında  dəfn olundu.

Pərvanə Mirzə qızı İmanquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri