Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verdi


                Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.
     Qaynarinfo xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

     Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

      ***
 
 
Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.     
             Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
    
             Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
    
             Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
    
             Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.