Namizədliyi qeydə alınan şəxs öldü


“Bu günə qədər bələdiyyə seçkisində 755 nəfər namizəd kimi qeydə alınıb”.
“Qafqazinfo”  “Oxu.az”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bir nəfər dünyasını dəyişdiyindən 754 nəfər namizəd qalıb:
“Ümumilikdə, 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889 nəfər vərəqələrini götürüb. 2 079 nəfər isə imza vərəqələrini qaytarıb”.