Polislərimiz asayiş keşiyində mətanətlə durur
14-fev, 12:15 316 Gündəm / Siyasət / Cəmiyyət / Sosialİctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyi ən azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. 1993-cü il sentyabrın 20-də Ali Sovetin Sədri vəzifəsində çalışan Heydər Əliyev Daxili İşlər Nazirliyində keçirilmiş geniş müşavirədə bu orqanda əvvəllər hökm sürən dözülməz vəziyyətin səbəblərini olduqca dəqiq izah etmişdi: "Yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhvali-ruhiyyə, neqativ hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən, peşə hazırlığı olmayan və mənəviyyatca pozğun mövqelərdə duran adamlar burada cürbəcür təşkilatlar yaradıb - "Boz qurd" təşkilatı, "Boz qurd" fəxri adı. Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xidmət etmək, ictimai asayişi qorumaq əvəzinə bəzən cinayətkar yuvasına dönmüş, burada cürbəcür siyasi proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviyyədə siyasi proseslər meydana çıxmışdı".
Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı ilk illərdə ictimai-siyasi sabitlik müəyyən mənada kövrək səciyyə daşıdığından, hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək qarşıda duran başlıca vəzifələrdən idi. Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı.
Daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki uğurlu fəaliyyəti bir sıra statistik rəqəmlər fonunda bir daha təsdiqini tapır.
Azərbaycan uzun illərdir ki, əmin-amanlığın yüksək səviyyədə qorunduğu ən təhlükəsiz ölkələrdən olmaqla asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, habelə Şərqi Avropa məkanında ön sıralardadır.
Dövlətçiliyin möhkəmlənməsində, müstəqilliyin əbədiliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında müstəsna rolu olan daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsi tədbirləri də daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları, həmçinin Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları dəfələrlə artırılmışdır. DİN əməkdaşlarının peşəkarlığını və fədakarlıqlarını daim yüksək qiymətləndirən ümummilli lider onların orden və medallarla təltif edilməsi barədə çoxsaylı sərəncamlar imzalamışdır.
Ulu öndərin əsasını qoyduğu siyasəti ictimai həyatın bütün sahələrində inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərlik etdiyi son 18 il yarımda daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşmış, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirmişdir.
DİN-ə qayğı siyasətini sistemli şəkildə həyata keçirən Prezident İlham Əliyev 2005-ci il avqustun 31-də imzaladığı sərəncamla post-patrul xidməti, eləcə də diplomatik nümayəndəliklərin mühafizəsi üzrə nizami hissələrin, Dövlət Yol Polisinin və Bakı Metropoliteninin mühafizəsi üzrə post-patrul xidməti aparan, həmçinin xüsusi təyinatlı nizami hissələrin əməkdaşlarının aylıq maaşlarını 5-7 dəfə artırmışdır
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" və "Polis veteranı" medalları təsis olunmuş, "Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" fərman imzalanmışdır.
Daxili İşlər Nazirliyinin rəhbərləri idi. Belə olan halda heç bir inkişafdan, sabitlikdən, heç bir irəliləyişdən söhbət gedə bilməzdi. Bütün cəmiyyətdə olduğu kimi, polis orqanlarında da islahatlar aparıldı və bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır" deyən dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, ictimai-siyasi sabitliyin keşiyində dayanan daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər həyata keçiriləcəkdir.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdırAqressiv qüvvələrin daxili işlər orqanlarına, onun rəhbərliyinə qarşı apardığı böhtan və iftira kampaniyasının kökündə də məhz bu amil dayanır. Lakin Azərbaycan polisi üzləşdiyi çirkin təbliğat kampaniyasına məhəl qoymadan missiyasını davam etdirir, sıralarının təmizliyini qoruyur, ölkədə hər hansı təxribat planlaşdıran siyasi dairələrə niyyətlərinin həyata keçməyəcəyi xəbərdarlığını edir.
Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Respublikamızın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində cinayətkarlıqla mübarizədə Daxili İşər Nazirliyi ilə yanaşı vətəndaşların da könüllülük əsasında iştirakı son dərəcə vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, vətəndaşların bu prosesdə iştirakı, yəni planlaşdırılan və yaxud törədilən cinayətlər barədə polis orqanlarına məlumat verməsi ictimai sabitliyin və asayişin qorunmasında mühüm rol oynayır. Məsələn, ABŞ-da son bir neçə il ərzində məhz əhalinin ayrı-ayrı təbəqələrinin kriminal ünsürlərlə mübarizədə inzibati orqanlara yaxından kömək göstərməsi nəticəsində cinayətkarlığın dinamikasında müsbət proseslər qeydə alınmışdır. Bu ölkədə hüquqpozmalarla mübarizədə polisə kömək göstərən könüllü təşkilatların (birliklərin) geniş şəbəkəsi yaradılmışdır. Əhalinin hüquq-mühafizə fəaliyyətinin həyata keçirilməsində iştirakı, inzibati sahədə dövlətin və vətəndaşların genişmiqyaslı əməkdaşlığı müəyyən bir müstəvidə və çərçivədə - demokratik prinsiplərə, qanunçuluğa, insanların hüquq və azadlıqlarına xələl gətirilmədən aparılır.
Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.
Qara Abdullayev
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi