Nəsimi veteranları Şəhid uşaqlarını təbrik etdilər

1 iyun Uşaqların Beynəlxalq  Müdafiəsi Günü  Şəhid və hərbi qulluqçuların övladlarının iştirakı ilə möhtəşəm bayram tədbiri keçirildi. Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoydular  Bayram tədbirində N saylı hərbi hissənin klubunda davam etdirildi. Tədbirdə  Komandanlıq, Şəhid ailələri, Müharibə veteranları, iş adamları iştirak etdilər.
Tədbir Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etməklə başlandı. Dövlət himni səsləndirildikdən sonra Bayram tədbirində Komandanlığın təbriki oxundu.  Müharibə veteranlarından Elmar Hüseynov, Vidadi Ağagülov, iş adadmları Abdulla Abdullayev, Sevda Zülfüqarlı, Şəhid atası çıxış etdilər.
İş adamları Abdulla Abdullayev və Sevda Zülfüqarlı uşaqlara qiymətli hədiyyələr təqdim etdilər. Füzuli Dölət Dram Teatrının yaradıcı kollektivi geniş bayram konserti və tamaşalardan maraqlı  səhnəciklər təqdim etdilər.
Komandanlıq adından Qazilər Elmar Hüseynov, Vidadi Ağagülov, İlham Rüstəmov, iş adamları Abdulla Abdullayevə, Sevda Zülfüqarlı, Jurnalist Zülfüqar Xeyirxəbərə və Füzuli Dövlət Dram Teatrının kollektivinə Fəxri fərmanlar təqdim edildi.

Fərid Faiqoğlu
AJB-nin üzvü