Nə tez bitdi bu ömür
07-okt, 13:35 178 Gündəm / Cəmiyyət / SosialXəyal oldum mən göylərdə gəzirəm.
Xəyal Xalid oğlu Məmmədov – 12 fevral 2001-ci ildə dünyaya göz açan igidimiz işıqlı həyatın uşaq arzularından baxaraq 1-ci sinifə gedib. Bu gedişin onun həyatının gələcəkdə ucalacaq şəhid adının Cəbrayıl rayonunun 5 saylı tam orta məktəbindən şəhadətə ucalışı adıyla tale onu bu məktəbə gətirdi. Bəli, bu gediş Xəyalın uşaqlıq arzusunun pəncərəsinin könül dünyasından boylanan arzuların gələcəkdə hansı hislərlə, nə duyğularla, böyük qürurla avılacağı üçün gətirmişdir. Belə keçdi uşaqlıq, yeniyetməlik, bir az da nakam qalan gənclik arzuları. 8-ci sinifə qədər bu məktəbdə təhsil alan Xəyal ailə vəziyyəti əlaqəli gedəsi olmuşdur. Bu gediş sanki son gedişə bərabər idi. Bizim üçün adi bir gediş, şagird gedişi idi. Bəlkə də onun oturduğu taxta partası soyuq sinif divarları onu son dəfə yola salarkən ardıyca kədər hayqırdısı çəkdilər. Bunu nə eşidə, nə də görə bilə bildik biz müəllimlər. Xəyal o gedişlə, bu günkü dönüşüylə bizim qəlbimizin əziz güşəsinin şərəf sakinidir. Xəyal adı kimi qəlblərimizin ömür təntənəsinin uca zirvəsindədir. 44 günlük haqq savaşına yollandı Xəyal. Hamı kimi qardaşlaşan şəhidlərimizin biri də Xəyal olaraq haqq savaşına, ədalət savaşına, vətənin müdafiəsinə yollandı. Bizim Xəyala şirin xəyala çevrilən bu gün bizə göylərdən baxan Xəyalımızdır. Həm məktəbdən son gedişi, həm də əbədiyyətə qovuşması biz müəllimləri qəlbində alova çevrilərək həmişə o qəlbi yandırardı əgər Xəyalı anmasaydı. Belə çıxdı şəhidinin sorağına, axtarışına, atasının-anasının dərdinə şərikliyinə və bu axtarışı kövrək və qürurlu notlarla tapdı bu insan. O, qadın, o müəllimə Cəbrayıl rayonunda 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zülfüqarova Nigar müəllimə idi. Şəhadətə qovuşub nur içində yatan şəhidin valideynlərini axtarıb tapıb Xəyalımızdan mənə söz edin deyib, dərdlərinə şərik oldu böyük ürəkli Azərbaycan müəllimi Nigar Zülfüqarova. Şəhidimizin anası Pakizə ana, atası Xalid ata vətənə qurban verdikləri oğulun qəhrəman oğulun fədakar valideynləri.
Xəyal torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonunda gedən döyüşləri zamanı qəhrəmancasına şəhid olaraq 15 oktyabr 2020-ci ildə gözlərini bu dünyaya əbədi yumaraq şəhidlik zirvəsinə ucalaraq qəlbimizin nuruna, başımızın tacına çevrilən Xəyalımız, adı əziz anınan Xəyalımız. Oxuduğu 5 saylı məktəbdə onun əziz xatirəsinə bir gecə təşkil olundu. Bu işin öhdəsinə götürərək mərhəmətli ürək sahibi Nigar müəllimə sanki Xəyalın yarımçıq qalmış arzularına rəng qatıb bir bacısı olaraq bu şərəf təntənəsinə əl qoydu. Bu təntənəyə dəvət alan Pakizə ana şəhidimizin ad gününə öz evində yox, oxuduğu məktəbə yol aldı. Ananı qarşılayan kollektivlə bərabər göylərdən görən Xəyalda qarşıladı. Qürurlu ana hislərini içində boğaraq bir müəllim zəhmətinə bədbin notlar yox, qürur hissi aşılamağa nə qədər çalışsa da kövrək əksilmədi. Xəyalın uşaqlıqdan keçdiyi yolların yarımçıq arzularından, kama yetməyən istəklərindən danışaraq beləcə andılar nur içində yatan şəhidini. Bu yanğını içində boğan bir müəllim aylardı şəhid arzularını yarımçıq qalmış təntənəsini göstərən qələmini şəhidimizin üstündə gələn bayrağının sütununa çevrilərək möhkəm sütun yaratdı. Vətinini sevərdi Xəyalımız. Arzusu bayraq gətirmək idi və qələbə bayrağı, gətirdi də. Bu bayrağı əllərində yox sinəsi üstündə onu sevənlərə qələbə hədiyyəsi gətirdi. Beləcə anıldı Xəyalımız. Xəyallarımızın şahı Xəyalımız. Tədbirin sonuna yaxın anayla nəhayət ki, sağollaşmaq zamanı gəlib yetişdi. Xəyalın şəhanə şəhid təntənəsinə düzənlənən qızıl güllər onun portret önündə idi. Həmin qızıl gülləri dəstəkləyərək Pakizə ananın qucağına verərkən tikanlı qızıl gülləri bağrına basaraq “sağ olun” sözünün qürurla deyərək Nigar müəllimə kövrək notları içində boğaraq bir söz söylədi Pakizə ana. Mənim Xəyal qardaşımın toyu olmayıb, ona qırmızı güllər bağlanmayıb. Bu gülləri Xəyalın məzarı üzərinə aparmağınızı təvəqqi və rica edirəm. Qardaşıma deyərsən ki, bağışla bir az gecikdim. Gözəl anamız, qürurlu anamız Xəyal bir ailənin yox, miloynlarla Azərbaycan ailəsinin övladıdı. Bəil, Azərbaycan adlı qüdrətli dövlətin qəhrəman oğulları bu vətəni qoruyaraq öz canlarını qurban verərək ölümün gözünə dik baxaraq şəhid olub şəhadətə yetişərək zəfər salanməsi yazdılar.
Qələbən mübarək Azərbaycan!
Aynurə Amin