Zəfər tariximiz
07-noy, 11:52 176 Gündəm / Siyasət / Cəmiyyət44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq bir il ötür… Çox tez keçdi bir il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.
Ötən il bu vaxt qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Bəli əks-hücum əməliyyatı, çünki ilk qığılcım bizdən yaranmadı. Məlum olduğu kimi Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir”. Biz isə öz əzəli-əbədi ulu torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev, ölümündən sonra isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxış etmiş, Dağlıq Qarabağın statusu haqqında dünya birliyinə sülh yolu ilə çağırışlar etmişdir. Lakin bütün danışıqlar əhəmiyyət verməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə elə kağız üzərindəcə qalmış, heç bir nəticə hasil olmamışdır.
30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur.
Son illərdə artıq vəziyyət daha da gərginləşməyə başlamışdı, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər,
daha sonra isə Rusiya prezidentinin də iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar keçirildi. Azərbaycan bir daha bəyan etdi ki, sülh yolunun tərəfdarıdır, lakin lazım gəlsə bütün gücünü və əzmini göstərmək iqtidarındadır.
Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum cəhdi etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı alındı və işğalçılara ağır zərbə endirildi. Həmin döyüşlər zamanı 1 nəfər mülki vətəndaşımız həlak oldu, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Bu, bir daha sübut etdi ki, qüdrətli ordumuzun yüksək rütbəli zabitləri əsgər arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Bu döyüşlər şanlı qələbə üçün bir qığılcım rolunu oynadı. 30 il boyunca heç bir beynəlxaq təşkilatın addım atmadığını, dünya birliyinin işğalçılara göz yumduğunu görən dövlətimiz artıq öz məsələsini özü həll edərək müdafiəyə qalxdi. Qanında milli ruh olan, döyüş əzmli xalqımızın mərd igid oğulları – on minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı.
Hətta ölkə xaricində olan həmvətənlərimiz də konsulluqlara müraciət edərək könüllü ordu sıralarına yazıldılar. Onlar döyüşə hazır olduqlarını və 30 illik həsrətə son qoymaq üçün axır nəfəslərinə qədər döyüşəcəklərini dedilər. Əvvəllər bu sözlər bizəbir mifkimibir təsəlli kimi gəlirdi. Lakin 2-ci qarabağ savaşı göstərdi ki, həqiqətən vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi şikəst qalmağı gözə alan, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var imiş. Həmin igidlər 30 il boyunca hamı tərəfindən səsləndirilən “lazım gəlsə döyüşməyə hazıram” ifadəsinin həm doğru olduğunu, həm də bu sözün hamıya aid olmadığını sübut etdilər. İnsan necə böyük daxili qüdrətə, iradəyə və vətən eşqinə malik olmalıdır ki, arxasında buraxdıqlarına baxmadan ölümə gedə bilsin. Mənim həyat yoldaşım da 2 dəfə könüllü olaraq müharibədə iştirak etmək üçün müraciət etmişdir. Bu hadisəllər göstərdi ki, xalqımızın heç düşünmədən vətən uğrunda döyüşməyə hazır olan igidləri çoxdur.
Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsi. Düşmənin hərbi təcavüzündən sonra 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu.
Həmin igidlər 30 il ərzində “biz döyüşməyə hazırıq, lazım olsa ölümə də gedərik” ifadəsinin yalnızca söz xatirinə deyilmiş olmadığını sübut etdi. Bəs son damla qanına qədər vuruşan döyüşçülərimizdə bu əzm hardan idi? Çünki onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Azərbaycan Respublikasının Konstitusiyasına görə “Azərbaycan Respublikası öz təhlükəsizliyinini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır”. Bəli müdafiəsini təmin etmək məqsədilə. Azərbaycan dövləti heç zaman heç kimin torpağına göz dikməmiş və öz ərazisinə aid olmayan torpaqlar barədə ərazi iddiasında olmamışdır. Ali Baş Komandanın da dediyi kimi, “biz öz torpaqlarımızda vuruşuruq”.
Bunun əksinə olaraq erməni əsgərləri ümumi səfərbərlik nəticəsində zor gücünə toplanır, məcburi olaraq Qarabağ bölgəsinə gətirilirdi. Onlar çox gözəl bilirdi ki bu torpaqlar Azərbaycanındır. Heç kim özünə aid olmayan ərazi uğrunda həyatını təhlükəyə atmaq istəməz.
30 il ərzində ordumuzun hərbi təchizatı yüksək səviyyəyə çatdırılmış, mükəmməl hərbi texnikalar satın alınmışdı. Həmçinin rəşadətli ordumuzun igid əsgərləri düşmənə amansız zərbələr endirdi. Onların döyüş əzmi bütün dünyaya səs saldı. Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Ordumuz kağız üzərində qalan BMT qətnamələrini öz gücünə icra etdi.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləridə öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün düyna gördü ki,Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”
2021-ci il iyunun 30-dək göstərilmiş statistikaya görə 2906 nəfər şəhid olmuş, 8 nəfər itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı iləhər ilsentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu il artıq müharibənin başlanmasından 1 il ötür. İlk dəfə bu il anım günü qeyd olunacaq. Artıq bir ildir ki, torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimiz torpağa qovuşub. Azərbaycanın şanlı qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında baş əyirik. Həmçinin onların ailələri qarşısında baş əyirik. Şəhid, qazi və müharibə iştirakçılarının övladları və ailələrinə daha çox diqqət göstərməli, hər daim qayğısına qalmalıyıq. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki,
Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!
Zəfərin mübarək Azərbaycan!
Fuad Səfərov
Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu