Yaranmasının 104-cü ildönümünü qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin sürətli inkişafı və qüdrətinin artırılması naminə daha böyük əzmlə çalışırlar
11-noy, 20:55 179 Gündəm / CəmiyyətBu gün yurdumuz qələbə zəfərini yaşayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə bağlı o müjdəli səsi hələ də hər birimizin hafizəsindədir. Qəlbimizin döyüntüsü ilə həmahəng əks-səda verir bu qürur dolu kəlmələr: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Deyirlər, xoşbəxtlik sadəcə andır. Amma saatlarla, günlərlə, illərlə sürən xoşbəxtlik də varmış. Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini xalqa elan edərək həyatımıza gətirdiyi qürur, sevinc bütün tarixə dolan fəxarət hissidir, ömrümüzü bəzəyən, dövlətimiz var olduqca bizimlə birgə əbədi olacaq xoşbəxtlikdir. Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. 28 ildir sinəmizdə qövr edən Şuşa, yağı düşmən tapdağında olan torpaq yaramıza məlhəm qoydu. Hər birimizə sözlə ifadə edilməsi mümkünsüz olan sevinc payı bağışladı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə və onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi. Bu mənada Azərbaycan Prezidentinin Şuşanın azad olunması müjdəsini xalqımıza Şəhidlər xiyabanından, Əbədi Məşəl abidəsi önündən çatdırması da Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizə əbədi sevginin ifadəsi kimi böyük rəmzi mənası ilə tarixə yazıldı. Bu müjdəni Ali Baş Komandan İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevə onun məzarı önündəki sayğı duruşu ilə çatdırdı. Ulu Öndərin ən böyük vəsiyyətini - Ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu bildirdi. Bununla Ümummilli Liderin timsalında dünyadan Qarabağ həsrəti, qayğısı ilə köçmüş bütün böyük şəxsiyyətlərimizin ruhunu şad etdi.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işlər hər birimizdə fərəh hissi yaradır.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 104 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə gəlib çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici haldır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib. Bu tarix təkcə ədliyyə işçiləri üçün deyil, eyni zamanda, bütün hüquqşünaslar üçün əlamətdardır.. Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.
Çox qürurvericidir ki, bir çox ədliyyə işçiləri Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışına səs verərək Vətən müharibəsində iştirak üçün ordu sıralarına qoşulmuş, Vətənimizin müdafiəsinə yollanmış, döyüşlərdə qorxmazlıq nümayiş etdirərək, hər birimizin başını uca etmiş, mənfur düşmənə qarşı döyüşlərdə şərəf və şücaətlə mübarizə apararaq, torpaqlarımızın azadlığı işinə öz töhfələrini vermişlər.
Təəssüf ki, bu Qələbə üçün sağlamlığından və canından keçmiş igid oğullarımız da az deyil. Bunların arasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi Xəlilov Ruhin Müzəffər oğlu da var. Vətən müharibəsinə könüllü yollanmış cəsur qardaşımız Ruhin Xəlilov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
22 noyabr- Ədliyyə işçilərinin peşə bayramın bu il də ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərə təsadüf edir. Şanlı Zəfərlə Azərbaycan Ədliyyəsi bu il də də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan Ədliyyəsi davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq respublikamızın Qarabağ bölgəsini də əhatə edəcək.
Bu gün ölkəmizdə Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə məqsədyönlü addımlar atılır.
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü bu il də xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunacaq. Ədliyyə işçisi olaraq builki peşə bayramımızı belə zəfərli günlərdə qeyd etməyimiz hər birimiz üçün ikiqat sevinclidir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qaza¬nılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.
Qələbənin məhz noyabr ayına təsadüf etməsi biz ədliyyəçilərin də sevincinə sevinc qatdı. Ədliyyə işçiləri olaraq indi biz öz peşə bayramımızı daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir.
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.
Böyük inam və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında sıx birləşən ədliyyə işçiləri demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Fürsətdən istifadə edərək bütün ədliyyə işçilərini, dəyərli həmkarlarımı xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi 22 noyabr peşə bayramları münasibəti ilə təbrik edir, onlara şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram. Qalib xalqın nümayəndəsi kimi biz ədliyyə işçiləri bu bayramı böyük qürur hissi ilə qeyd edirik. Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçiririk.
Cənab Ali Baş Komandan, ey Azərbaycanın şanlı qəhrəman oğlu!
Bütün ədliyyə işçiləri adından sizə bu çətin, şərəfli işdə uğurlar arzulayırıq. Onu bilin ki, bütün xalq, həmçinin bi ədliyyə işçiləri olaraq bir yumruq kimi Sizin ətrafınızda birləşmişik.
Əminəm ki, əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və digər azadlığına qovuşan rayonlarımızda da Azərbaycan ədliyyəçilərinin fəaliyyəti çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər...
Yaşasın Azərbaycan!
Cəmaləddin Rüstəmov
Sumqayt şəhər 4 saylı notariat kontorunun notariusu