"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
13-noy, 12:40 286 Gündəm / Cəmiyyət"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
12.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramı İcra haqqında qanunun 7-12-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə proqramı ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” verlişinə müracət edən şikayətçi vətəndaş Elnurə Hüseynovanın “Kreditə götürülmüş avtomaşın ödənilmiş pul məbləğinin geri qaytarılması” şikayəti dinləndi və müraciətin hüquq yollarından danışıldı və Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Adəm Məmmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Bəkir Həsənov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Fərid Səfərov
AJB-nin üzvü