Ədliyyə və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində innovasiyalar tətbiqi, elektron xidmətlər
19-noy, 10:51 352 Gündəm / CəmiyyətBu gün Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır. Respublikamız müasir Azərbaycanımızı qüdrətli dövlətə çevirərək, Vətən müharibəsində parlaq qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin rəhbərliyi ilə mötəbər beynəlxalq forumlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir, onun beynəlxalq aləmdə nüfuzu günbəgün artır, qabaqcıl dövlətlər sırasında qərarlaşır.
Ümummilli Lider Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyəti yenidən qurularaq,bu sahədə islahatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dərinləşdirilərək müasir çağırışlara uyğun ardıcıl tədbirlər həyata keçirilməkdədir. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə qəbul olunan mühüm qərarlar və əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla, dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 40-a yaxın müxtəlif elektron xidmətlər göstərilir ki, son illərdə bu xidmətlərdən istifadə edənlərin sayı 15 milyon nəfəri ötüb.
Dövlətimizin başçısının növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən etdiyi milli prioritetlərdən biri müasir innovasiyalar məkanının yaradılmasıdır. Buna görə təəccüblü deyil ki, müasir İKT-nin geniş tətbiqi dövlətimizin mühüm prioritetlərindəndir və bu sahə sürətlə inkişaf edir. İnternetin əhatə dairəsinə görə Azərbaycan MDB ölkələri sırasında liderdir. Bu gün respublikamız iqtisadi rəqabət qabiliyyətliliyinə görə dünyanın öncül, ən islahatçı ölkəsi, eyni zamanda irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır, dövlət xidmətlərinin ictimai modeli olan və təcrübəsi dünyada yayılan ASAN brendinin müəllifidir.
Qeyd olunmalıdır ki, bu sahədə nailiyyətlərimizə beynəlxalq maraq artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər, Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanın Ədliyyə sahəsindəki layihəni ən uğurlarından biri kimi qiymətləndirərək “Vətəndaşa daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması tətbiqi” nominasiyalarının qalibi elan etmişdir. Dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi ilə vətəndaş-məmur münasibətləri tamamilə yeni səviyyəyə keçib. Bu istiqamətdə inqilabi addım olan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılaraq ölkəmizin “ixrac edilən” brendinə çevrilmiş və ədliyyənin də mühüm xidmətlər göstərdiyi “ASAN xidmət”in innovativ fəaliyyəti BMT-nin mükafatlarına layiq görülməklə onun təcrübəsinin dünyada yayılması tövsiyə edilib.
Ötən il keçirilən hüquq sisteminin rəqəmsal texnologiyalar əsasında inkişafına, bu sahədə müasir çağırışlara həsr olunmuş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumunda Azərbaycanı layiqincə təmsil etmiş ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov qeyd etmişdir ki, “texnologiyalar güclü islahatların mühərrikidir”. Rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda, müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafı ilə bağlı işlərin səmərəli əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən yenicə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı imzalanıb. Müasir texnologiyalar cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir və hüquq sahəsi də istisna deyil. Dövlətimizin başçısının tapşırığına əsasən “Elektron məhkəmə” informasiya sistemi yaradılaraq hazırda səmərəli tətbiq olunur. Hal-hazırda notariat xidmətlərinin məsafədən elektron ədliyyə köşkü vasitəsilə 24 saat onlayn göstərilməsi mümkündür.
Bundan başqa, Azərbaycanın məhsulu olan 400.000-ə yaxın istifadəçisi olan “Mobil notariat” tətbiqi işlənərək hazırlanıb. Bu proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatlar tətbiqə yüklənir. Onun köməyi ilə istifadəçilər notariat ofisinə getmədən videoəlaqə vasitəsilə , o cümlədən xaricdən müxtəlif növ notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər.
Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.
Bu sahədə tədbirlərin davamı olaraq əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi ehtiva edən milli qanunvericiliyin “Hüquqi aktların vahid elektron bazası” (www.e-qanun.az) aparılır, interaktiv rejimdə fəaliyyət göstərərək daim yenilənir, il ərzində bəhrələnənlərin sayı yüz minlərlə ölçülür. Elektron resursa daxilolmaların sayı bu ilin birinci yarısında artaraq 1,2 milyonu ötüb.Həmin informasiya resursuna insanların əlçatanlığını və rahatlığını təmin etmək üçün yeni mobil “E-qanun” tətbiqi hazırlanıb və sentyabrın 9-da bu innovasiyanın ictimai əhəmiyyətinə və funksional imkanlarına dair Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə geniş ictimai təqdimat keçirilib.
“E-qanun.az “ mobil tətbiqi normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır, istənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar, mobil tətbiq günün istənilən saatında məkana bağlı olmadan, kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir.
Sevindirici və o qədər də qürurvericidir ki, qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat, enerji, sosial infrastrukturları, tarixi, dini və mədəni abidələrimiz bərpa olunub, Böyük Qayıdışın təzahürü olaraq Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” istifadəyə verilərək soydaşlarımız öz dədə-baba yurdlarına dönüblər. Azad edilmiş ərazilərimizdə Zəngilan rayonu Ağalı kəndində və Şuşa şəhərində Dövlət başçısının tapşırıqlarına uyğun olaraq daimi məskunlaşmanın təmin olunması məqsədi ilə həmin ərazilərdə Ədliyyə Nazirliyi tərəfindən innovativ metodlar əsasında innovasiyalar tətbiq edilərək, səyyar qaydada ədliyyə xidmətlərinin göstərilməsinə imkan yaradılmışdır.
Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir.İctimai tələbatlığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsi ilə son dövrdə aparılmış yüzlərlə notariat hərəkəti məhz həmin ərazilərdən müraciət edən vətəndaşları əhatə etmişdir. “Smart city/Smart village” konsepsiyasına uyğun olaraq yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndində də müasir xidmətlərin təşkili nazirliyinin diqqət mərkəzindədir.
Şuşada bərpa-quruculuq və minatəmizləmə prosesinə cəlb olunan mütəxəssislər, habelə tibb işçiləri nazirliyin elektron resursları tətbiq edilməklə notariat hərəkətləri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı xidmətlərindən faydalanıblar. Onlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətləri barədə məlumatlar təqdim olunub, müvafiq bukletlər paylanılıb. Ədliyyə işçiləri Ağalı kəndində də olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstərmişlər.
Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunan xidmətlər əhalinin ehtiyaclarından irəli gələrək onların gündəlik həyatlarında zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat əməliyyatlarını əhatə edir.
Azərbaycan Prezidentinin elektron sektorunun inkişafı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair fərmanına uyğun olaraq hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi üçün daim tədbirlər görülür. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyinin 2022-ci ilin birinci yarımilinə dair İş Planında vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində xidmətlərin “bir pəncərə “ prinsiri əsasında göstərilməsi üçün beynəlxalq təcrübə nəzərə alınmaqla tədbirlər görülməsi planlaşdırılmışdır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinə dair görülmüş bütün işlər bu istiqamətdə səmərəli fəaliyyətin əsasını təşkil etmiş və onun inkişafına xidmət etmişdir. İnsanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edən, vaxta qənaət, əlverişli, keyfiyyətli, şəffaf,rahat olması kimi əsas üstünlükləri olan elektron müraciətlərin təkmilləşdirilməsi dövlət qurumlarının əsas məqsədinə çevrilmişdir. İdarəetmə sahəsində qabaqcıl innovasiyaların və yeni texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər çərçivəsində ölkə Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində, bu sahədə aparılan islahatların davamlılığının təmin edilməsində xüsusi rol oynamışdır. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli Fərmanı bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz nəticəsidir.
İndiyə kimi Elektron xidmətlərin təkmilləşdirilməsi sahəsində bir çox qanunvericilik aktları qəbul olunmuş ,eyni zamanda , Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respubikası prezidenti 23 sentyabr 2020-ci il tarixli 1160 saylı “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman imzalayıb.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin bariz nümunəsi olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2022- ci il tarixli 269 nömrəli “Qərarı“nı xüsusi qeyd etmək lazımdır. Belə ki, həmin “Qərar”a əsasən “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2001-ci il 1 mart tarixli 52 nömrəli, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2011-ci il 12 may tarixli 79 nömrəli qərarlarında dəyişiklik edilmişdir.
Eyni zamanda Ədliyyə Nazirliyi Kollegiyasının 2022- ci il 30 iyun tarixli 7 -N nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”də də dəyişikliklər edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin şəffaflığın artırılması, ictimai iştirakçılığın geniş tətbiqi, açıq hökumətin təşviqi, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə və rəqəmsal texnologiyaların hüquq sistemində tətbiqi ilə bağlı davamlı tədbirlər həyata keçirilir.Bu davamlı tədbirin əyani göstəricisi olaraq dekabr ayında Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda mediatur təşkil olunmaqla Ədliyyə islahatlarına və innovasiyalara dair keçirilən “açıq qapı” gününü qeyd etmək olar. Belə ki “açıq qapı” günündə nazirlik tərəfindən aparılan müxtəlif reyestrlər və elektron informasiya sistemləri, onların funksiyaları, notariat, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı sahəsində innovasiyalar, elektron və mobil xidmətlərlə bağlı yeniliklərlər nümayiş etdirilib.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi, baş ədliyyə müşaviri Reyhanə xanım Kərimova insan həyatında ən əlamətdar hadisələrin – vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin, əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb. Dövlətimizin başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliliyin, o cümlədən 9 minə yaxın uşağın doğum haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub. Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması prosedurudur.
Məlumdur ki, Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması sahəsidir. Bu istiqamətdə müasir texnologiyalar tətbiq olunmuş, hüquqi və innovativ islahatlar həyata keçirilmişdir. 2008-ci il iyulun 1-dən etibarən “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam gücü ilə istifadəyə verilmişdir. Sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəyə əsaslanmaqla modern proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında formalaşdırılmışdır. Qeyd edək ki, insan hüquqlarının qorunmasında, sosial-müdafiə proqramlarının icrasında, əhalinin sağlamlığının həyata keçirilməsində, həmçinin cəmiyyətdə var olan digər əsas hüquqi və sosialoji proseslərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi əhəmiyyətli rol oynayır.
Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir.
Bu gün Ədliyyə Nazirliyinin bütün sahələrində o cümlədən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə bir çox elekton müraciətlər üçün şərait yaradılmışdır. Əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayan, əhalinin ən çox müracıət etdiyi vətəndaşlıq vəziyyəti aktlarını həyata keçirən qurumların, qeydiyyat şöbələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə artmışdır.
Təsadüfi deyil ki, hər bir insan həyatı boyunca vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı qeydiyyat şöbələrinə müraciət edir. Bu aktlar Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri və icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi yaradılmış və burada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron xidmətlər sadalanmışdır. Belə ki, vətəndaşlar çətinlik çəkmədən, çox asan şəkildə "vətəndaşlıq vəziyyəti aktları" bölməsinə daxil olaraq ,doğumun, nikahın ,nikahın pozulmasının , adın, ata adının və soyadın dəyişdirilməsinin, atalığın müəyyən edilməsinin, ölümün ,övladlığa götürmənin qeydə alınması,həmçinin,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi, soyad sonluğunun dəyişdirilməsi barədə elektron müraciət edə bilərlər. Xüsusilə, qeyd etmək lazımdır ki, vətəndaşların vaxta qənaət edərək, şəffaf və rahat şəkildə nikaha daxil olmaq və nikahın pozulması üçün ərizəni və bununla bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərməsi, qeydiyyat orqanına yaxınlaşmadan, qeydiyyatın təyin olunduğu günü müəyyənləşdirməsi , artıq realığa çevrilmişdir. Digər tərəfdən isə ,elekton müraciət daxil olan müvafiq şöbə tərəfindən vətəndaşı sistem vasitəsi ilə cavablandırmaq, məsləhətlər vermək və sənədlərindəki çatışmamazlıqla bağlı xəbərdarlıq etmək imkanı yaradılmışdır
Hal- hazirkı dövrdə vətəndaşlarımız my.gov.az internet saytına daxil olaraq, qeydiyyatdan keçməklə və şəxsi kabinet yaratmaqla “myGov” portalı üzərindən doğumun və ölümün qeydə alınması üçün elektron müraciət edə bilirlər.
Bildiyimiz kimi, Əhalinin dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin bütün qeydiyyat şöbələri ölkə üzrə vahid elektron şəbəkədə birləşdirilərək, bu qurumların “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminə birbaşa rabitə xəttləri vasitəsilə çıxışı təmin edilmişdir. Xüsusilə, qeyd etmək lazımdır ki, vətəndaşlara istənilən qeydiyyat şöbəsinə yaxınlaşaraq, qeydiyyat yerindən asılı olmayaraq, doğum, ölüm, nikah və digər vətəndaşlıq vəziyyəti aktlarına dair şəhadətnamə və arayışları əldə etmək imkanı yaradılmışdır.
” Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının imzaladığı fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi artıq təmin edilmişdir. Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb.
Fərmanda qeyd olunan bütün müdəaların həyata keçirilməsinə və tətbiqinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi və Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri xidməti tərəfindən davamlı olaraq həyata keçirilir. Belə ki, doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi; doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də ,Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi,doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanmasına dair müddəaların həyata keçirilməsi kimi fərmanda qeyd olunan məsələlərlə bağlı ədliyyə nazirliyinin müvafiq qeydiyyat şöbələrini üzərinə öhdəliklər qoyulur, tapşırıqlar verilir və tapşırıqların icrasına ciddi nəzarət olunur.Belə ki, Fərmanda qeyd edildiyi kimi tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində elektron informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etdikdən sonra qeydiyyat şöbələrinə daxil olmuş bu məlumatlara dərhal və operativ surətdə reaksiya verilir. Ölən şəxslər barədə məlumatlar daxil olan kimi ölümlər qısa müddət ərzində,demək olar ki, dərhal dövlət qeydiyyatına alınır.
Doğum faktı baş verdikdə bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülür və uşağa avtomatlaşdırılmış rejimdə təkrar olunmayan və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FIN) verilir. Bu uşaqları eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkarlamaya, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərilməklə valideynləri qeydiyyat şöbəsinə dəvət etməyə, qeydiyyatdan yayınanları inzibati məsuliyyətə cəlb etməyə əsas verir.
Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılılmış informasiya sisteminə Səhiyyə Nazirliyindən ötürülən məlumatlar əsasında yeni doğulmuşların reyestri formalaşdırılmışdır. Belə ki, Sistem vasitəsilə daxil olan məlumatlar əsasında doğumu qeydə alınmayan uşaqların valideynlərinin maarifləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, analara müvafiq bildiriş göndərilir, əldə edilən telefon nömrələri vasitəsilə bu barədə məlumatlandırılılar, doğumun vaxtıında dövlət qeydiyyatınin aparılmasının cox vacib və əhəmiyyətli olması təbliğat və təşviqat tədbirləri vasitəsilə vətəndaşlara izah edilir ki, bu da qeydiyyatdan kənarda qalan doğum faktlarının aradan qaldırlmasında müstəsna rol oynayır.
Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 269 nömrəli Qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na edilmiş dəyişikliyə əsasən doğumun qeydə alınması barədə müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan məlumatlar informasiya sistemindən əldə edilməli, müvafiq məlumatlar informasiya sistemində aşkar edilmədikdə isə, onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə bilavasitə təqdim olunmalıdır.
Portaldan daxil olan müraciətlərin mütəxəssislər tərəfindən qəbulu və emalı xidməti ödənişsizdir. Müraciət avtomatik olaraq akt qeydinin tərtib olunduğu şöbəyə müvafiq sistem vasitəsilə yönləndirilir.Müraciətlər qeydiyyat şöbələrinin vəzifəli şəxsləri təfindən elektron imza vasitəsilə imzalandıqdan sonra təsdiqlənir və vətəndaşlar müvafiq sənədlərlə təmin olunurlar. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi tərəfindən müraciətlərə vaxtında baxılması və təmin edilməsinə ciddi nəzarət olunur.
Günü-gündən qloballaşan dünyamızda artıq insanlar həyatlarını İnformasiya-kmmunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirlər. Dövrümüzdə insana hava-su kimi lazım olan internet həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil, bir çoxumuz üçün gündəlik həyatın bir parçası halına gəldi. Bu texnologiyanın köməyilə bir çox mövzuyla əlaqədar məlumata asan, sürətli və etibarlı bir şəkildə çata bilirik. Kompyuter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib.
Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olmuş, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Elektron xidmәt", "Elektron hökumәt" layihәlәri rüşvәtxorluğa qarşı atılan çox önәmli addımlardır"
“www.e-gov.az «Bir pəncərə» prinsipi əsasında fəaliyyət göstərən «Elektron hökumət» portalı vətəndaşların asanlıqla informasiya əldə etməsi üçündür. İndi vətəndaşın müxtəlif xidmətlər üçün ayrı-ayrı dövlət qurumlarının internet saytlarına daxil olmasına ehtiyac yoxdur. 50-yə yaxın dövlət qurumunun elektron xidməti bir məkanda - "Elektron hökumət» portalında birləşib.
Bunun üçün isə vətəndaş təbii ki, elektron hökumət portalına müraciət etməli, www.e-gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidir. Onu da deyək ki, elektron xidmətlər üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə edilən xidmətlər üçün heç bir əlavə haqq tələb olunmur.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlament” təsdiq edilmişdir.
İnzibati reqlamentə əsasən Elektron xidmətin məzmunu vətəndaşların ərizə, şikayət və təkliflərinin elektron qaydada qəbulundan ibarətdir . İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Elektron xidmət tam avtomatlaşdırılmışdır. Elektron xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır. Elektron xidmətdən istifadə edən şəxslərin şəxsiyyət vəsiqələrinin seriya və nömrələri tələb olunur. Həmin məlumatlar elektron qaydada ərizə formasına əlavə edilir.
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.
Portaldan daxil olan müraciətlərin mütəxəssislər tərəfindən qəbulu və emalı xidməti ödənişsizdir. Müraciət avtomatik olaraq akt qeydinin tərtib olunduğu şöbəyə müvafiq sistem vasitəsilə yönləndirilir.Müraciətlər qeydiyyat şöbələrinin vəzifəli şəxsləri təfindən elektron imza vasitəsilə imzalandıqdan sonra təsdiqlənir və vətəndaşlar müvafiq sənədlərlə təmin olunurlar.Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi tərəfindən müraciətlərə vaxtında baxılması və təmin edilməsinə ciddi nəzarət olunur.
İndi isə Ədliyyə Nazirliyinin rəsmi internet saytında Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinə nəzər salaq :
Doğumun qeydiyyatı üçün elektron
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 27-N nömrəli Qərarı ilə “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə üzrə inzibati reqlament” təsdiq edilmişdir.
Bu xidmətin vasitəsilə vətəndaşlar doğum qeydiyyatı üçün elektron müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron Hökümət" portalına daxil olaraq Ədliyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Doğumun qeydiyyatı üçün elektron müraciət” elektron xidmətini seçmək lazımdır.Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra "Uşaq haqqında məlumatlar" bölməsində uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, cinsi, VESKS kodu və s. məlumatlar daxil edilməlidir.Növbəti mərhələdə uşağın anası haqqında məlumatlar- valideyinin şəxsiyyət vəsiqəsinin nömrəsi, soyadı, adı, ata adı, milliyəti, doğulduğu tarix və yer, vətəndaşlığı, yaşayış yeri, atasının adı , ata haqqında qeydin əsası və s. məlumatlar daxil edilməlidir. Daha sonra uşağın atası haqqında məlumatlar - valideyinin şəxsiyyət vəsiqəsinin nömrəsi, soyadı, adı, ata adı, milliyəti, doğulduğu tarix və yer, vətəndaşlığı, yaşayış yeri, atasının adı , anasının adı, təhsili və s. məlumatlar daxil edilməlidir daxil etməlidir. Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan sonra istifadəçi telefon və e-mail ünvanını daxil etməlidir və “Təsdiq” düyməsi sıxıldıqdan sonra açılan növbəti səhifədə elektron poçt ünvanına daxil olmuş şifrəni yazmaqla qoşma sənədlər bölməsinə keçid edilir. Qoşma sənədlər seçilərək sistemə yüklənilir. Sənədlər yüklənilib göndər düyməsi sıxıldıqdan sonra müraciətin qəbulu barədə bildiriş əldə edilir. Beləliklə, istifadəçi “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Atalığı müəyyən etmək üçün elektron müraciət
Bu xidmət vasitəsilə vətəndaşlar atalığı müəyyən etmək üçün elektron müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron Hökümət" portalına daxil olaraq Ədliyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Atalığı müəyyən etmək üçün elektron müraciət” xidmətini seçmək lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə qeydiyyat orqanının adı daxil edilməlidir. "Uşaq haqqında məlumatlar" bölməsində uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, cinsi və s. məlumatlar, həmçinin atalıq müəyyən edildikdən sonra uşağın soyadı, adı, atasının adı və doğum haqqında aktın qeydi daxil edilməlidir. Növbəti mərhələdə uşağın ata və anası haqqında məlumatlar, valideyinin şəxsiyyət vəsiqəsinin nömrəsi, soyadı ,adı, ata adı, milliyəti, doğulduğu tarix və yer, vətəndaşlığı, yaşayış yeri və s. məlumatlar daxil edilməlidir.
Daha sonra istifadəçi telefon və e-mail ünvanını daxil etməlidir. “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərilmış olacaq.
Nikah qeydiyyatı üçün elektron müraciət
Bu xidmət vasitəsilə vətəndaşlar nikah qeydiyyatı üçün elektron müraciət edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” Elektron Hökumət portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Nikah qeydiyyatı üçün elektron müraciət” xidmətini seçməlidirlər.Açılan formanın içində “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikaha daxil olan vətəndaşlar təqdim olunan xüsusi sətirlərə öz şəxsi məlumatlarını yazmalıdırlar. Həm kişi, həm də qadın şəxsi məlumatlarını doldurduqda sağlamlıq haqqında tibbi arayışları da əlavə etməlidir. Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərildikdə açılan növbəti səhifədə müraciətin qəbul olunduğu və dövlət rüsumunun onlayn ödənilməsinə keçib barədə məlumat öz əksini tapır. Ödəniş səhifəsinə keçdikdə xidmətin növü “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”,“Qurumun adı” müraciət ediyiniz qeydiyyat şöbəsi, “Ödənişin təyinatı” “Nikahın qeydə alınması” seçilir. Bütün xanalar doldurulduqdan sonra “Növbəti” düyməsi sıxılaraq məlumatların yoxlanılması səhifəsinə keçid edilir. Əgər daxil etdiyiniz məlumatlar düzdürsə , “Ödəniş et” düyməsi sıxılaraq ödəmə səhifəsinə keçid edilir. Nikah üçün ərizə uğurla sonlandıqda qeyd edilən elektron poçt ünvanına müraciətin qəbulu barədə bildiriş göndərilir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 28-N nömrəli Qərarı ilə “ Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə “ inzibati reqlament təsdiq edilmişdir. Bu inzibati reqlamentdə qeyd olunur ki, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat orqanına getmədən elektron qaydada nikaha daxil olmaq haqqında ərizə formasını dolduraraq, nikahın vaxtını və tarixini müəyyənləşdirirlər. İnformasiya sisteminin müvafiq pəncərəsində nikaha daxil olmaq istəyən şəxslərdən hər biri yuxarıda qeyd olunan məlumatları daxil edir, həmçinin nikah tarixini, saatını və yerini müəyyənləşdirərək elektron ərizə formasını təsdiq edir. Sorğu qəbul olunduğu təqdirdə bu barədə istifadəçiyə müvafiq məlumatlar təqdim olunur.
Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar bölməsində isə elektron xidmətin göstərilməsi və ya imtina edilməsi əksini tapır:- İstifadəçilər müvafiq məlumatları səhv daxil etdikdə, həmçinin şəxsiyyət vəsiqəsi qüvvədən düşdükdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur. İstifadəçilər müvafiq məlumatları düzgün daxil etdikdə sorğu qəbul olunur. İstifadəçi elektron xidmət vasitəsilə aidiyyatı qeydiyyat orqanını seçərək, qeyd olunanlar əsasında elektron qaydada ərizə formasını doldurduqdan sonra nikahın qeydiyyatının aparılması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir.
Elektron xidmətin icrasına görə aidiyyatı qeydiyyat orqanının rəhbəri məsuliyyət daşıyır. Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir; – Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub - olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır; – Nikahın qeydiyyata alınması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir (elektron bildiriş alır).İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir, sənədlər və elektron ərizə forması qəbul edilərək çap olunur.
Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi keçirilir. inzibati reqlamentdə qeyd nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.Daxil olan müraciətlərin olunan Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.
Nikahın pozulması üçün elektron müraciət
Bu xidmət vasitəsilə vətəndaşlar nikahın pozulması üçün elektron müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron Hökümət” portalına daxil olaraq Ədliyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “ Nikahın pozulması üçün elektron müraciət” elektron xidmətinə daxil olmaq lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (kişi) bölməsində nikahı pozanın adı, soyadı(nikah pozulanadək), soyadı(nikah pozulandan sonra) ,atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyəti və.s məlumatlar daxil edilməlidi.Növbəti mərhələdə nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (qadın) bölməsində nigahı pozanın adı, soyadı(nikah pozulanadək), soyadı(nikah pozulandan sonra) ,atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyəti və.s məlumatlar daxil edilməlidir.Sonda istifadəci nikahın pozulmasının əsasları və əlaqə telefonu və e-mail ünvanını yazdıqdan sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.
Ölüm haqqında aktın alınması üçün elektron müraciət
Bu xidmət vasitəsilə vətəndaşlar ölüm haqqında aktın alınması üçün elektron müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron hökumət” portalına daxil olaraq Ədliyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Ölüm haqqında aktın alınması üçün elektron müraciət” elektron xidmətini secmək lazımdır.Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, “ Ölən şəxs haqqında məlumat” bölməsində ölən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsi, cinsi, milliyəti, vətəndaşlığı, öldüyü yer və tarix, doğum tarixi və yeri, ölüm səbəbi və s. məlumatları daxil edilməlidir.Növbəti mərhələdə “Ölüm faktını təsdiq edən sənədlər” bölməsində tələb olunan məlumatlar daxil edilməlidir. Daha sonra sistem tərəfindən tələb olunan sənədlər yüklənilməlidir. Sonda istifadəçi əlaqə telefonu və e-mail unvanını qeyd etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.
Övladlığa götürmək üçün elektron müraciət
Bu xidmət vasitəsi ilə vətəndaşlar övladlığa götürmək üçün müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron hökümət” portalına daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Övladlığa götürmək üçün elektron müraciət” elektron xidmətinə daxil olmaq lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanını seçdikdən sonra “Övladlığa götürülən haqqında məlumat (əvvəl)” və “Övladlığa götürülən haqqında məlumat (sonra)” bölməsində övladlığa götürülənin adı, soyadı, doğum tarixi və yeri, cinsi, döğum haqqında aktın qeydi və.s məlumatlar daxil edilməlidir.
Sonrakı mərhələdə “Ata haqqında məlumatlar” və “ Ana haqqında məlumatlar” bölməsində övladlığa götürülənin atasının və anasının şəxsiyyət vəsiqəsi, soyadı, adı, atasının adı, doğulduğu yer və tarix və.s məlumatlar daxil edilməlidir. Daha sonra “Övladlığa götürən kişi haqqında məlumat” və “Övladlığa götürən qadın haqqında məlumat” bölməsində övladlığa götürənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsi, doğulduğu yer və tarix , vətəndaşlığı, yaşayış yeri və.s məlumatlar daxil edilməlidir.
Sonda istifadəçi əlaqə telefonu və e-mail unvanını qeyd etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.
Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət
Bu xidmət vasitəsilə vətəndaşlar soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron hökümət” portalına daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” elektron xidmətinə daxil olmaq lazımdır.
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanın adını seçdikdən sonra “Dəyişənədək” bölməsində adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədi, doğulduğu yer və tarix, yaşayış yeri, vətəndaşlığı, milliyyəti və.s məlumatlar daxil edilməlidir.Növbəti mərhələdə “Dəyişəndən sonra” bölməsində soyad, ad, atasının adı, soyadın, adın və ata adının dəyişdirilməsinin əsasları, məhkəmənin adı, qətnamənin nömrəsi, qətnamənin tarixi və s tələb olunan məlumatlar daxil edilməlidir. Sonda istifadəçi telefon və e-mail ünvanını daxil etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.
Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumatın verilməsi
Bu xidmət vasitəsilə vətəndaşlar Qeydiyyat orqanları və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumat edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” Elektron Hökumət portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Qeydiyyat orqanları və ya Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumatın verilməsi” xidmətindən birini seçməlidirlər. Açılan formanın içində “Qeydiyyat orqanları barədə məlumat” sətrində lazımi qeydiyyat orqanı haqqında əraflı məlumat ( məsul şəxsi, ünvanı,telefonu, iş rejimi və s.) və əldə edə bilərlər. Digər formanın içində isə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumatın verilməsi” sətrində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə ayrı-ayrıliqda hər bir müraciət üçün zəruri olan sənədlər və həmin sənədləri verən orqanların siyahısı, İştirak etməli olan şəxslərin siyahısı, dövlət rüsumunun məbləği , qanunvericilik barədə və digər məlumatlar yerləşdirilmişdir.
Azərbaycan adları barədə məlumat
Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılmasına dair müraciət digər elektron xidmət olaraq , nazirliyinin rəsmi saytıngakı elektron xidmətlər bölməsində Azərbaycan adları barədə məlumat yerləşdirilmişdir. Bu xidmət vasitəsilə vətəndaşlar Azərbaycan adları barədə məlumat əldə edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” portala daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Azərbaycan adları barədə məlumat” bölməsini seçə bilərlər. Açılan formanın içərisindən isə istədikləri adı yazaraq həmin ad haqqında məlumat əldə edə bilərlər.
Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 28 sentyabr tarixli 22-N nömrəli Qərarı ilə ‘ Azərbaycan adları barədə məlumatın əldə edilməsi üzrə inzibati reqlament‘ təsdiq edilmişdir . Həmin inzibati reqiamentə uyğun olaraq, valideynlərə uşaqlara ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahlı şərhi , əhali arasında yayılma səviyyəsi və digər ctatistik göstəriciləri barədə məlumat bazası əsasında informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır. Belə ki, çox vaxt valideynlər uşaqlara ad seçimində çətinliklərlə rastlaşırlar. Bir qayda olaraq, Adın, soyadın, ata adının verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Bu qərara görə uşağın mənafeyinə xələl gətirəcək, cinsinə uyğun gəlməyən, pis səslənən, gülünc adların verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin tətbiqi Azərbaycan ədəbi dil normalarına uyğun olmayan adların qoyulmasının qarşısını almağa imkan verir. Qeydiyyat orqanları bu sahədə də hüquq və vəzifələrini həyata keçirərək, müraciət edən valideynlərə uşaqları üçün seçilən adların izahını və tövsiyələrini verir, bu sahədə əhalini daima maarifləndirirlər. Ə
Ədliyyə Nazirliyinin rəsmi internet saytında yer alan interaktiv əlaqə bölməsi də vətəndaşların istifadəsinə verilmişdir.Vətəndaşlar bu bölməyə daxil olaraq Ədliyyə Nazirliyinin bütün fəaliyyət istiqamətlərinə ,o cümlədən vətəndaşlıq vəziyyəti aktlarına dair öz məlumatlarını qeyd etməklə online söhbətə başlayaraq suallarını ünvanlaya bilərlər.
Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi .
Bu xidmət vasitəsilə vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi nömrəsi barədə məlumat əldə edə bilərlər. Bunun üçün “www.exidmet.justice.gov.az” portala daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan exidmətlərin siyahısından “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi” bölməsini seçə bilərlər. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Axtarış növü” bölməsində “Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsinə görə” axtarış etdikdə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edib “Axtar” düyməsindən istifadə etmək lazımdır.
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə "Axtarış növü" bölməsində “Ad, soyad, atasının adı, doğum tarixinə görə” axtarış etdikdə ad, soyad, atasının adı, doğum tarixi haqqında məlumatlar daxil edərək “Axtar”düyməsini seçmək lazımdır.
Apostilin verilməsi üçün ərizə forması
Bu xidmət vasitəsilə vətəndaşlar müxtəlif sənədlərin (arayış , şəhadətnamə, dipiom, attestat və digər ) apostil olunması üçün müraciət edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – “Elektron hökümət” portalına daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahasından “Apostilin verilməsi üçün ərizə forması ” elektron xidmətinə daxil olmaq lazımdır. “Apostilin verilməsi üçün ərizə forması ”na uyğun məlumatlar elektron qaydada doldurulur. Ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ünvanlanır
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Axtarış növü” bölməsində “Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsinə görə” axtarış etdikdə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edib “Axtar” düyməsindən istifadə etmək lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə "Axtarış növü" bölməsində “Ad, soyad, atasının adı, doğum tarixinə görə” axtarış etdikdə isə ,ad, soyad, atasının adı, doğum tarixi haqqında məlumatlar daxil edərək “Axtar”düyməsini seçmək lazımdır. Növbəti mərhələdə Qoşma qrafasında təqdim etdyi sənədlər qeyd edilməlidir. Sənədin təqdim edilməsi üçün nəzərdə tutulmuş xarici ölkə mütləq göstərilməlidir.
Sonda istifadəçi əlaqə telefonu və e-mail unvanını qeyd etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.
Ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ədliyyə orqanlarında vətəndaşlara göstərilən xidmətlərə əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə sisteminin inkişafı üzrə apardığı islahatlar çərçivəsində notariat və qeydiyyat orqanları Notariat və qeydiyyat baş idarəsinin rəisi, cənab İlqar Məmmədovun rəhbərliyi ilə müasir çağırışlara uyğun təkmilləşdirilir, xidmətlərin innovasiyalar tətbiq olunmaqla operativliyi və əlçatanlığı artırılır. Xüsusən, notariat və vətəndaşlıq vəziyyəti aktları sahəsində də mobil tətbiqlərə diqqət artırılır, şübhə etmirik ki, gələcəkdə neçə belə mobil tətbiqlər istifadəyə veriləcək, yeni-yeni innovativ layihələrə imza atılacaq.
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə innovasiyalar və informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə, bütün fəaliyyət istiqamətləri üzrə vətəndaşlara hüquqi yardım göstərilir. Bütün bunlar vətəndaşlıq məmnunluğunu təmin etmək və əhaliyə layiqincə ədliyyə xidməti göstərmək, vətəndaş-məmur münasibətlərinin tamamilə yeni səviyyəyə keçməsi məqsədi daşıyır.
Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun qeyd etdyi kimi insanlara layiqli xidmət, vətəndaş məmnunluğu ədliyyə fəaliyyətinin əsas prioritetidir. Ötən dövrdə demokratik inkişaf yolu ilə gedən Azərbaycanda qanunun aliliyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını siyasətinin ən mühüm prioriteti kimi müəyyən edən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əsas vəzifəmiz insanlara layiqli xidmət etməkdir. Cənab Prezident xalqa xidmətləri ilə hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə hər bir dövlət məmuruna təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi göstərir.
Bununla bağlı dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələbləri daim rəhbər tutulmaqla vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılması, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl olunması ədliyyə işçilərinin ən ümdə vəzifələridir. Məhz buna görə də ,biz ,Ulu öndərin yüksək dövlətçilik amallarına sadiq qalan ədliyyə işçiləri olaraq , qanunla üzərimizə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirməyə,vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa ciddi səy göstərməli, dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı üçün var qüvvəmizlə çalışmalı,hüquqi və elektron dövlətin qurulmasına,ölkəmizin daha da qüdrətlənməsinə öz layiqli töhfəmizi verməliyik.
Möhtəşəm Qələbəmizi, Zəfər Günü bayramını qürur və şərəflə, böyük coşquyla qeyd etdiyimiz bu qızıl payız günlərində ədliyyə işçiləri üçün də ikiqat bayram yaşanır. Azərbaycan ədliyyəsinin 104 illiyi və peşə bayramı münasibətilə başda Ədliyyə nazirimiz cənab Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi mühüm və şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat
şöbəsinin rəisi , ədliyyə müşaviri