Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var
25-iyn, 11:21 6 Kriminal
Göygöl rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Çaylı kəndindən kçən hissəsində baş verib.
TIR ilə “Niva” markalı avtomobilin toqquşması nəticəsində maşında olan Hacıməlik qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Mehman İbrahimov və onun 16 yaşlı oğlu Hikmət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.







