Bakıda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
24-apr, 12:43 207 KriminalPaytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1998-ci il təvəllüdlü Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
10:39
Aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.