Torpağa atılan bir maska 450 ilə çürüyür - Ekoloji böhran təhlükəsi
21-okt, 09:30 200 SəhiyyəƏtrafa işlənmiş maskalar atmaq həm sağlamlığa, həm də ətraf mühitə zərər verir. Hər gün dünyada 6.8 milyard birdəfəlik tibbi maskadan istifadə edilir.
"Aztibb xəbər verir ki, Kanada alimləri tibbi maskaların ekologiyaya zərərini müəyyən etmək üçün tədqiqat aparıblar.
Tədqiqat nəticəsində istifadə edilən maskaların 75 %-nin okean sularına qarışdığı öyrənilib.
Təbiətə atılan bir maska 450 ildən sonra yox olur. Bu isə, planetin ekologiyasına ciddi zərər vurur.
Mütəxəssislərin fikrincə, bu qədər böyük miqdarda maska tullantısı düzgün idarə edilmədikdə, yeməklərimizdə və içdiyimiz suda nanoplastiklər sağlamlığımızı təhdid edəcək.
Ətraf mühitə zərər verməmək üçün maskaların ən doğru üsulu, toplandıqdan sonra tibbi tullantı qutularına atmaqdır.