Ərdoğan Bakıya yola düşdü
08-noy, 10:56 22 Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Bakıda 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək.
Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlərlə bağlı danışıqlar aparacağı gözlənilir.





