DİN-də yeni TƏYİNAT
11-okt, 10:07 237 SiyasətDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Nicat Hüseynov Cəlilabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, bundan əvvəl Samux Rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsində çalışıb.