Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb
20-yan, 16:51 99 Sosial2023-cü ildə Azərbaycan 560,837 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci illə müqayisədə 14,1% azdır.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,706 milyon ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 6,4 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,2%-ni, ixrac isə ümumi ixracının 0,04%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilə nisbətən 2,9% azdır.
Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 11,1% azalıb, idxal isə 18,9% artıb.
Son nəticədə xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6% azdır.