Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın şəhərin 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal  hadisə yerinə cəlb olunub. 
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə södürülüb. 
Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.