Baş nazir qiymət artımından danışdı
03-dek, 13:02 201 SosialHökumət qiymətlərin bahalaşmasının qarşınının alınması istiqamətdə zəruri addımlar atacaq.
"Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir: “Burada söhbət əsasən süni qiymət artımından gedir. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə bağlı hökumət lazım olan tədbirləri görür və görəcək”.